Accessibility links

Zelenski dəstəyin artırılması məqsədi daşıyan danışıqlar üçün Vaşinqtona səfər edib


Ukrayna prezidenti Volodimir Zelenski müttəfiq Polşanın Kyivin Rusiya qüvvələrini məğlub etməsi üçün daha çox beynəlxalq yardımla bağlı təcili çağırışlarına qarşı çıxmasından sonra bəzi ABŞ siyasətçilərinin zəifləyən dəstəyini artırmaq məqsədi daşıyan yüksək səviyyəli danışıqlar üçün Vaşinqtona gəlib.

Zelenski sentyabrın 21-də Nümayəndələr Palatasının spikeri Kevin Makkarti, daha sonra isə Ağ Evdə prezident Co Baydenlə görüşə getməzdən əvvəl bir qrup ABŞ senatoru ilə görüşəcək.

45 yaşlı Ukrayna lideri ABŞ-ın paytaxtına Rusiyanın son həftələr Ukraynaya ən böyük hücumlarını həyata keçirmədən, Kyiv və Lviv şəhərləri də daxil olmaqla, raketləri və dronları ilə bir neçə regionda əsas enerji infrastrukturlarını məhv etməsindən bir neçə saat sonra gəlib.

"Dünən gecə rusiyalı terrorçular növbəti kütləvi hücuma keçdi. Əsasən də infrastruktura. Raketlərin çoxu vuruldu. Lakin onların əksəriyyəti vuruldu, hamısı deyil" - deyə, Zelenski Telegram mesajlaşma proqramında bildirib.

O, "Daha çox hava hücumundan müdafiə. Daha çox sanksiya. Cəbhə xəttində Ukrayna əsgərlərinə daha çox dəstək" - deyə, əlavə edib.

Zelenskinin görüşləri Polşanın baş naziri Mateuş Moravetskinin Varşavanın "artıq Ukraynaya silah verməyəcəyinə" işarə edən bəyanatlarından sonra baş verir.

Moravetskinin sentyabrın 20-də Polsat News müxbirinin Ukraynanın taxıl ixracı ilə bağlı yaranan diplomatik mübahisəsinə dair sualına cavabı çaşqınlığa səbəb olub. O, Kyivin müharibədə ən sadiq müttəfiqləri arasında olan NATO üzvü Polşanın “özünü ən müasir silahlarla təchiz edir" deyib.

Polşa ilə Ukrayna arasında gərginlik Polşanın öz fermerlərini qorumaq üçün Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoymasından sonra yaranıb.

Forum

XS
SM
MD
LG