Accessibility links

Zelenski Zaporijyedə cəbhə bölgəsinə gözlənilməz səfər edib


Zelenski Zaporijyedə BMT Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüşüb.
Zelenski Zaporijyedə BMT Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüşüb.

Ukrayna prezidenti Volodimir Zelenski Zaporijyenin cəbhə mövqelərinə gözlənilməz səfər edərək, Rusiya qüvvələri ilə döyüşlərin getdiyi bir vaxt ölkənin şərq bölgəsində Avropanın ən böyük atom elektrik stansiyasının mühafizəsini müzakirə etmək üçün BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüşüb.

Zelenskinin ofisinin açıqladığı bəyanatda bildirilir ki, prezident martın 27-də həmin ərazidə "cəbhə xəttində olan" qoşunlarla görüşüb və onlara dövlət mükafatları təqdim edib, eyni zamanda ona "cəbhənin müvafiq sahələrində əməliyyatların vəziyyəti, silah-sursat və texnika ilə təmin edilməsi barədə" məlumat verilib.

Beynəlxalq Atom Enerjisi Agentliyinə rəhbərlik edən Qrossi Twitter hesabında Zaporijyedə olduğunu, Rusiya qüvvələrinin nəzarətində olan və yaxınlıqda döyüşlərin getməsinə görə elektrik xətlərinin sıradan çıxması nəticəsində bir neçə dəfə təcili dizel generatorlarına keçmək məcburiyyətində qalan Atom Elelktrik Stansiyası ətrafında təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Zelenski ilə görüşdüyünü yazıb.

"Mən bu gün Zaporijye şəhərində Zelenski ilə görüşdüm və Zaporojjya Atom Elektrik Stansiyasının və onun işçilərinin mühafizəsi ilə bağlı geniş fikir mübadiləsi apardım. Mən BAEA-nin Ukraynanın nüvə obyektlərinə tam dəstəyini bir daha təkrarladım" Qrossi yazıb.

Qrossi "obyektdəki nüvə təhlükəsizliyi və təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün" stansiyaya baş çəkəcəyini bildirib.

Bu arada, Ukrayna ordusunun verdiyi məlumata görə, Donetsk vilayətində şiddətli döyüşlər səngimək bilmir. Rusiya qüvvələri Moskvanın şərqdəki hücumunun mərkəzi olan viran edilmiş Baxmut şəhərinə təzyiqi davam etdirərək, Donetskin Avdiyivka şəhərini daha çox hədəf alır.

XS
SM
MD
LG