Accessibility links

Zelenski Rusiyanı iqtisadi terrorizmdə ittiham edir


Volodimir Zelenski (arxiv foto)
Volodimir Zelenski (arxiv foto)

Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi Rusiyanı Avropa ölkələrinin qış ərəfəsində qaz ehtiyatı saxlamasına mane olmaqda ittiham edərək bunu iqtisadi terrorizm adlandırıb.

Elektrik enerjisinin qiymətlərinin artmasının ev təsərrüfatlarına və biznesə ciddi zərbə vuracağı qorxusu üzündən payızın yaxınlaşması ilə əlaqədar Avropada Rusiyadan qaz tədarükünün kəsilməsinə necə cavab veriləcəyi məsələsi siyasi gündəmin əsas mövzusudur.

Zelenski Norveçdə keçirilən enerji konfransının iştirakçılarına videomüraciət edib. Onun açıqlaması onunla əlaqədar olub ki, “Qazprom” bu həftə “Şimal axını 1” qaz kəmərində təmir işləri aparmağı planlaşdırır.

Boru kəmərinin kəsilməsi Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı çıxan Qərb ölkələrinə təzyiq göstərmək üçün qaz tədarükünü kəsməsi ilə bağlı narahatlıqları artırıb.

Çexiya sentyabrın 9-da energetika nazirlərinin fövqəladə iclasını çağırıb və Çexiyanın baş naziri Petr Fiala bildirib ki, cavab tədbirləri Aİ ölkələri tərəfindən əlaqələndirilməlidir.

Çexiya ötən həftə İtaliyanın istefa verən baş naziri Mario Draginin müdafiə etdiyi bir hərəkətlə bütün blokda enerji qiymətlərinə məhdudiyyət tətbiq etməyi nəzərdən keçirdiyini bəyan edib.

Rusiya qazının idxalından asılı olan Almaniya və İtaliya kimi ölkələr qış ərəfəsində qaz ehtiyatlarını anbarlara yığır.

Almaniyanın İqtisadiyyat naziri Robert Habek bazar ertəsi Almaniyanın qaz anbarlarının 80%-dən çox dolu olduğunu və qiymətlərin düşəcəyini gözlədiyini söylədi. İtaliya da analoji səviyyəyə çatdı və beləliklə, tədarükün daha da kəsiləcəyi təqdirdə özünü hava yastığı ilə təmin etdi.

Habek bildirib ki, Almaniya öz qaz bazarında Lehman Brothers effektinə imkan verməyəcək.

"Almaniya hökuməti adından söz verirəm ki, biz Lehman Brothers effektinin bazara təsirinin qarşısını almaq üçün bütün enerji şirkətlərini likvidliklə təmin edəcəyik" – deyən Habek 2008-ci ildə maliyyə böhranına səbəb olan Amerika investisiya bankının dağılması ilə böhrana səbəb olmasına işarə edib.

XS
SM
MD
LG