Accessibility links

Zelenski ABŞ Konrqesinə: Ukrayna demokratik dəyərlər uğrunda mübarizə aparır


Zelenski ABŞ Konrqesinə: Ukrayna demokratik dəyərlər uğrunda mübarizə aparır
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Ukrayna prezidenti Volodimir Zelenki ABŞ Konqresinə müraciətində Birləşmiş Ştatlara və prezident Co Baydenə dəstəyə görə təşəkkürünü bildirib, eyni zamanda Rusiya rəsmilərinə qarşı daha çox sanksiyalara və ölkəsinə əlavə hərbi yardımın ayrılmasına çağırıb. Zelenski çıxışında bildirib ki, hazırda Ukraynanın və Ukrayna xalqının taleyi həll edilir.

ABŞ qanunvericiləri Rusiyanın əsassız işğalına qarşı üç həftə mübarizədən sonra onlara müraciət edən Ukrayna liderini alqışladıqları zaman emosional anlar yaşandı.

Zelenski Ukrayna şəhərlərinin Rusiya tərəfindən dağıdılmasını əks etdirən videonu nümayiş etdirərək, qanunvericilərə mübarizənin əhəmiyyətini xatırlatdı.

“Biz Avropa və dünya dəyərləri uğrunda mübarizə apararaq, gələcək naminə canımızı qurban veririk. Buna görə də bu gün Amerika xalqı təkcə Ukraynaya deyil, Avropaya və dünyaya planeti yaşatmaq, tarixdə ədaləti bərqərar etmək üçün kömək edir”.

Zelenski bir daha ABŞ və müttəfiqlərini Rusiyanın təcavüzündən müdafiə olunmaq üçün Ukrayna üzərində uçuşa qadağa zonası yaratmağa çağırıb.

“Əgər bu həddindən artıq çoxdursa, biz alternativ təklif edirik. Siz bilirsiniz ki, bizə hansı müdafiə sistemləri lazımdır: S-300 və digər oxşar sistemlər. Bilirsiniz ki, xalqımızı, azadlığımızı, torpağımızı qorumaq üçün döyüş meydanında təyyarələrdən, güclü hava aviasiyasından istifadə etmək bacarığı bundan nə qədər asılıdır”.

Prezident Bayden bunun Rusiya ilə birbaşa qarşıdurmaya səbəb ola bilməsinə görə uçuşa qadağa zonasını istisna etsə də qanunvericilər başqa variantların olduğunu bildirir.

Respublikaçı senator Rob Portman: “Regionda effektiv ola biləcək müxtəlif raket əleyhinə, təyyarə vuran sistemlər var. S-300 onlardan biridir. Bunlar artıq onlarda var, bunlardan necə istifadə ediləcəyini bilirlər. Öz sistemlərindən istifadə etmək üçün onlara daha çox silah lazımdır. Yəni daha çox raket, daha çox silah, onların hər şeyə ehtiyacı var. Amma biz bu silahların dərhal Ukraynaya verilməsini asanlaşdırmağın yollarını tapmalıyıq”.

ABŞ qanunvericiləri Zelenskinin sanksiyaların artırılması və Rusiya idxalına qadağa qoyulması çağırışına müsbət reaksiya göstərib.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədriQreqori Miks: “Biz sanksiyaları sərtləşdirməliyik, onları gücləndirməliyik və müttəfiqlərimizin bizimlə olduğundan əmin olmalıyıq, çünki sanksiyalar bütün müttəfiqlərimizlə çoxtərəfli şəkildə işləyir”.

Zelenskinin nümayiş etdirdiyi videodan təsirlənən bir çox qanunverici müharibəyə baxışlarının dəyişdiyini bildirib.

Respublikaçı senator Dan Sallivan: “Hökumətimizdə qəbul etdiyimiz bütün qərarlar bu ideyaya əsaslanır ki, onlar sonda məğlub olacaqlar. Düşünürəm ki, biz bu əsas dinamikanı dəyişməliyik, xüsusən də onların qalib gələ biləcəyini çatdıran belə həyəcanverici, ruhlandırıcı nitq görəndə. Onlar qalib gələ bilər”.

Prezident Bayden çərşənbə axşamı Ukraynaya humanitar və hərbi yardım üçün 13,6 milyard dollar nəzərdə tutan qanun layihəsini imzalayıb.

XS
SM
MD
LG