Accessibility links

Zelenski Rusiyanın Odessanı bombalamağa hazırlaşdığını bildirir


Ukrayna prezidenti Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Rusiyanın Odessanı bombalamağı planlaşdırdığını bildirib. Zelenski televiziya vasitəsilə verdiyi açıqlamada deyib ki, əgər bu baş verərsə, bu, “müharibə cinayəti... tarixi cinayət olacaq”.

Zelenski müraciətinin bir hissəsini rus dilində edərək, rusları “şərin hələ də düzəlməz itkilər olmadan məğlub edilə biləcəyi bir zamanda” həyat və köləlik arasında seçim etməyə çağırıb.

Rusiya prezidenti Vladimir Putin şənbə günü Ukrayna dövlətçiliyinin ölkənin hazırkı yolu davam etdirdiyi halda risk altında olduğunu bildirib.

Putin Aeroflot hava yolları şirkətinin əməkdaşları ilə görüş zamanı əlavə edib ki, Ukrayna üzərində istənilən “uçuşa qadağa zonası təkcə Avropa üçün deyil, bütün dünya üçün böyük və fəlakətli nəticələrə gətirib çıxara bilər”.

Ukrayna prezidenti Volodimir Zelenski NATO-nu uçuşlara qadağa zonası tətbiq etmədiyinə görə tənqid edib. Qərb alyansı bunun Rusiya ilə münaqişəni gərginləşdirə biləcəyini bildirib.

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti arasında şənbə günü axşam telefon söhbəti olub. Bayden və Zelenski ABŞ, onun müttəfiqləri, tərəfdaşları və özəl sənayenin Rusiya üçün müharibəyə görə bədəli artırmaq üçün gördüyü işlərdən danışıblar.

Bayden deyib ki, onun administrasiyası Ukraynaya təhlükəsizlik, iqtisadi və humanitar yardımı gücləndirir və daha çox maliyyə ayrılması məsələsi ilə bağlı Konqreslə işləyir.

Zelenski şənbə günü ABŞ senatorları, Nümayəndələr Palatasının bəzi üzvləri və onların köməkçiləri də daxil olmaqla 300-dən çox insanla virtual görüşlər keçirərək, Senatda əksəriyyətdə olan Demokratların lideri Çak Şumerin sözlərinə görə, ölkəyə Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə kömək etmək üçün daha çox təyyarə göndərməklə bağlı müraciətlə çıxış edib.

XS
SM
MD
LG