Accessibility links

G-7 Ukraynanı döyüş təyyarələri ilə təmin etməyə razılaşıb; Zelenski Hiroşimaya səfər edib


Ukrayna Prezidenti Volodimir Zelenski şənbə gündüz saatlarında Böyük Yeddilərin liderlərinin sammitində iştirak etmək üçün Yaponiyanın Hiroşima şəhərinə gedib.

“Yaponiya. Böyük Yeddilər. Ukraynanın tərəfdaşları və dostları ilə mühüm görüşlər. Bizim qələbəmiz üçün təhlükəsizlik və genişləndirilmiş əməkdaşlıq. Bu gün sülh daha da yaxınlaşacaq,” o, Twitter-də yazıb.

Zelenskinin Böyük Yeddilər sammiti çərçivəsində dünya liderləri, o cümlədən ABŞ Prezidenti Co Bayden, sammitə ev sahibliyi edən Yaponiyanın Baş naziri Fumio Kişida və Hindistanın Baş naziri Narendra Modi ilə görüşü planlaşdırılıb. Modinin bu ilin sonunda Yeni Dehlidə dünyanın ən böyük iqtisadiyyatlarından ibarət Böyük İyirmilər qrupuna ev sahibliyi edəcək.

Zelenskinin Böyük Yeddilərdə iştirakından öncə, qrup Ukraynanı F-16 döyüş təyyarələri ilə təmin edəcəyini və Ukrayna pilotlarına onları idarə etməklə bağlə təlim keçəcəyini elan edib. Bu, Baydenin aylar boyu Zelenskinin təyyarə istəyini rədd etməsindən sonraya təsadüf edir.

Yüksək səviyyəli administrasiya rəsmisi cümə günü Amerikanın Səsinə verdiyi açıqlamada bildirib ki, Bayden Böyük Yeddilər liderlərinə deyib ki, Birləşmiş Ştatlar müttəfiqlər və tərəfdarlarla Ukrayna pilotlarını dördüncü nəsil döyüş təyyarələri, o cümlədən F-16-larla bağlı təlim keçmək və Ukrayna hava qüvvələrinin imkanlarını gcləndirmək və təkmilləşdirməklə əlaqədar ortaq səyi dəstəkləyəcək.

Rəsmi deyib ki, növbəti həftələrdə başlamağı gözlənilən təlimlər Avropada keçiriləcək və aylarla davam edəcək.

“Təlimlər davam etdiksə, gələcək aylarda biz müttəfiqlərimizlə işləyib, təyyarələrin nə zaman, kim tərəfindən və nə qədər çatdırılıcağını müəyyən edəcəyik,” Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan şənbə günü Hiroşimada mətbuat brifinqində deyib.

Sallivan deyib ki, döyüş təyyarələri Rusiyaya qarşı planlaşdırılan əks-hücumda istifadə olunmayacaq.

Zelenski Baydenin qərarını alqışlayıb və Twitter-də deyib ki, bu “bizim orduuzu səmada çox gücləndirəcək.”

Ukraynalı pilotlara F-16-larla bağlı təlim keçmək planlarını “tarixi qərar” adlandıran Zelenski təfərrütları bazar günü Baydenlə müzakirə edəcəyini deyib.

XS
SM
MD
LG