Accessibility links

Zelenski Rusiyaya yardım edən "qurumlara" qarşı sanksiyalara görə ABŞ-a təşəkkür edib


Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı etdiyi gündəlik müraciətində deyib ki, o, Rusiyanın "aqressiya ilə məşğul olan" 220-dən çox qurumuna qarşı "yeni və çox güclü sanksiyalar" tətbiq etdiyinə görə ABŞ-a minnətdardır.

ABŞ cümə axşamı Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Ukraynanın işğalında həyati əhəmiyyətli alətlər və avadanlıqların Rusiyaya çatdırılmasına yardım edən 100-dən çox fərdinə və şirkətinə qarşı sanksiya tətbiq edib.

Ukrayna lideri deyib ki, hər bir sanksiya "tam şəkildə işləməlidir ki, Rusiyanın sanksiyalardan yan keçmə şansı olmasın". "Sanksiyaların gücü dünyanın gücüdür" Zelenski deyib.

Yerli hökumətin bildirdiyinə görə, Rusiyanın Ukraynanın cənubundakı Xerson vilayətinə etdiyi son hücumu daha 2 mülki şəxsin - 81 yaşlı qadının və 60 yaşlı kişinın ölümünə səbəb olub.

Qubernator Oleksandr Prokudin bildirib ki, atəş bir neçə kəndi hədəf alıb. O, binaların zədələndiyini, 4 nəfərin yaralandığını bildirib.

Ukrayna Xerson şəhərini keçən ilin noyabrında, Rusiyanın təxminən 9 aya yaxın işğalından sonra geri alıb. Xerson vilayəti Moskvanın 2014-cü ildə ilhaq etdiyi və hazırda Rusiyanın əhəmiyyətli logistik əməliyyatlara əsaslandığı Krım yarımadasına yaxınlığına görə müharibədə strateji bir bölgədir.

Bu arada Rusiya cümə axşamı Ukraynanın Zaporijye nüvə stansiyası yaxınlığına pilotsuz təyyarələrlə hücum etməsindən sonra Ukraynanın "odla oynadığını" bildirib. Zavod 2022-ci ilin martından Rusiyanın nəzarətindədir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri Ukraynanın 9 pilotsuz təyyarəsini vurub.

Forum

XS
SM
MD
LG