Accessibility links

Zelenski Italiya rəsmiləri və papa ilə görüşmək üçün Romada səfərdədir


Volodimir Zelenski.
Volodimir Zelenski.

Ukrayna müharibəsində baş verən son hadisələr:

  • Almaniya Ukrayna üçün 3 milyar dollar dəyərində yeni silah paketini hazırladığını bildirib. Bu, Rusiya ötən il qonşusuna hərbi müdaxilə edəndən bəri Almaniyanın ən böyük yardım paketidir.
  • Rusiya qüvvələrinin Kupyansk, Bundman və Baxmutun qərbində Ukrayna qoşunları və hərbi obyektlərinə hücumlar etdiyini bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü İtaliyanın siyasi liderləri və papa ilə gözlənilən danışıqlar üçün Romaya səfər edib.

Zelenskinin səfəri Rusiya Kyivə yenidən dron hücumu etməsindən və Ukraynanın mərkəzi və cənubunda şəhərləri atəşə tutaraq maddi ziyan vurmasından və Ukraynanın aylardır ağır döyüşlərin getdiyi Baxmutda irəliləyişlər əldə etdiyinə dair xəbərlərin yayılmasından sonraya təsadüf edir.

Kyivin hava hücumundan müdafiə qüvvələri Rusiyanın gecə boyu atdığı bütün raketləri vurub. Bu barədə şənbə günü paytaxtın hərbi administrasiyası dronların dəqiq sayı barədə təfərrüat paylaşmadan xəbər verib.

Hərbi administrasiya heç bir ziyan və ya tələfatın olmadığını bildirib. Bu, Kyivə bu ay altıncı dron hücumudur.

Ölkənin mərkəzində yerləşən Xmelnitski şəhərində Rusiyanın gecə yarısı atəş açması nəticəsində insanlar yaralanıb, kritik infrastruktura ziyan dəyib, deyə regionun hərbi administrasiyası şənbə günü bildirib.

Xmenlnitskinin meri Oleksandr Simçişin deyib ki, məktəblər, tibb müəssisələri, inzibati binalar, sənaye obyektləri və çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib. “Hazırda yaralıların sayı dəqiqləşdirilir,” o bildirib.

Cənubda yerləşən Mikolayiv, Oleksandr Syenkeviç deyib ki, gecə açılan atəş nəticəsində üç nəfər yaralanıb, bir zavod və bir neçə yaşayış binasına ziyan dəyib.

Romada Zelenski səfəri zamanı Prezident Sergio Mattarella, Baş nazir Corcir Meloni və Papa Fransislə görüşəcək. Ancaq görüşün detalları təhlükəsizlik səbəblərindən dolayı açıqlanmayıb.

Zelenskinin bazar günü Almaniyanın Aaxen şəhərində prestijli Böyük adına Beynəlxalq Mükafatını alacağı gözlənilir.

Onun mükafatı təqdimetmə mərasiminə şəxsən qatılıb-qatılmayacağı və Almaniya kansleri Olaf Şotlz və Prezident Frank-Volter Staynmayerlə görüşmək üçün Berlinə səfər edib-etməyəcəyi bəlli deyil.

Almaniyanın Der Spiegel qəzeti şənbə günü bildirib ki, Berlində Ukrayna üçün 3 milyard dollar dəyərində yeni hərbi adavanlıq pakeri hazırlayıb.

Məqalədə deyilir ki, yardım paketinə 20 Marder piyada döyüş maşını, 30 Leopard 1 tankı, 15 Gepard zenit tankı, 200 kəşfiyyat pilotsuz təyyarəsi, döyüş sursatı, əlavə artilleriya sursatları daxil olmaqla dörd əlavə İris-T zenit sistemi, 200-dən çox zirehli döyüş və maddi-texniki təchizat maşını daxildir.

Zelenskinin İtaliyaya səfəri Ukrayna Donestk bölgəsindəki mübahisəli Baxmut şəhərində müəyyən ərazini geri aldığını bildirməsindən bir gün sonraya təsadüf edir.

Rusiya etiraf edib ki, qüvvələri Baxmutun şimalındakı mövqelərindən geri çəkilib. Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov mətbuata bildirib ki, Rusiya qüvvələri Baxmutdan təxminən 2 kilometr uzaqda yerləşən Berhivsk su anbarında “yeni əraziləri işğal edib.”

Konaşenkov cümə günü bildirib ki, Ukrayna 1000-dən çox əsgər və 40-a qədər tankla hücum həyata keçirib, bundan bir gün öncə isə Soledar istiqamətində 95 kilometrdən uzun olan “bütün təmas xətti boyunca” irəliləyiş əldə edib.

Əgər bu irəliləyişlər təsdiq olunsa, bu, Ukrayanın son altı ayda əldə etdiyi ən böyük irəliləyiş olacaq.

XS
SM
MD
LG