Accessibility links

Zelenski Baydenin İsveçrədə sülh sammitində iştirak etməsində israr edir


Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı bir daha vurğulayıb ki, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinə və digər dünya liderlərinə mesaj göndərmək üçün gələn ay İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməlidir.

Brüsseldə Belçika baş naziri Aleksandr de Kru ilə keçirilən mətbuat konfransında çıxış edən Zelenski deyib ki, iyunun 15-16-da Luzern gölünün yaxınlığındakı Burgenstok kurortunda keçiriləcək sülh sammiti “bütün dünya tərəfindən təşkil olunacaq” və digər liderlər ABŞ-ın cavabını gözləyəcək.

Zelenski deyib ki, artıq 90 ölkə iştirak edəcəyini təsdiqləyib və Putin ondan qorxur, çünki heç vaxt bu qədər çöx ölkənin bunun dəstəkləyəcəyinə inanmırdı.

“O [Putin] bu sammiti əngəllədi və bunu etməyə davam edir. Ona görə də indi parallel platforma qurmaq barədə düşünür,” Zelenski deyib və əlavə edib ki, Putin Baydenin sammitdə iştirak etməməsini alqışlayar.

Zelenski bazar günü video göndərərək, Baydeni sammitdə iştirak etməyə çağırıb. Ukrayna prezidenti videonu Xarkivə ötən həftə Rusiyanın raket zərbələri nəticəsində dağılan çap evində çəkib.

Ağ Ev Baydenin sammitdə iştirakını təsdiqləməyib. O, Bpyük Yeddilər ölkələri arasında hələ ki, dəvəti qəbul etməyən yeganə liderdir.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ötən həftə brifinq zamanı müxbirlərə deyib ki, o özü sammitə iştirakı planlaşdırsa da, Baydenin iştirakı ilə bağlı “heç bir açıqlaması” yoxdur.

Zelenski çərşənbə axşamı Brüsselə İspaniyaya səfər edəndən sonra gedib. Brüsseldə o, yeni 1 milyard dollarlıq yardım alıb ki, buna 30 ədəd F-16-nın çatdırılması daxildir. O, üç ölkəyə səfəri çərçivəsində həmçinin Portuqaliyanı da ziyarət edib.

Ukrayna lideri deyir ki, 10 illik razılığa Belçika ilə kəşfiyyat, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və müdafiə sahəsində əməkdaşlıq daxildir.

Ukrayna və İspaniya bazar ertəsi bu il 1.1 milyar dollar, 2027-ci ilə qədər isə 5 milyard dollardan çox hərbi yardımla bağlı razılıq əldə etdiklərini elan edib. İspaniya Ukraynaya Leopard tankları və artilleriya sursatları göndərəcəyini bildirib.

Zelenski Madriddə keçirilən mətbuat konfransında Qərb müttəfiqlərini Ukraynaya özünü müdafiə məqsədilə Rusiyadakı hərbi hədəfləri vurmaq üçün Qərb tərəfindən təmin edilən daha uzun mənzilli silahlardan istifadəyə icazə verməyə çağırıb.

“Biz birlikdə işləməli və təkcə Rusiyaya deyil, həm də bizə özümüzü Rusiyaya qarşı müdafiə etməyimizə imkan vermələri üçün tərəfdaşlarımıza təzyiq göstərməliyik,” Zelenski deyib və əlavə edib ki, Ukraynanın özünü Rusiyanın hava hücumlarından qoruması üçün hava hücumundan müdafiə sistemlərinə ehtiaycı var.

“Hər hansı tövsiyyə verməkdən qorxan tərəfdaşlarımız belə başa düşməlidir ki, hava hücumundan müdafiə sistemi müdafiədir, hücum deyil,” o deyib və qeyd edib ki, Rusiya hər ay Ukraynaya 3000 hava bombası ilə zərbə endirir.

NATO rəhbəri bazar ertəsi Bolqarıstana səfəri zamanı deyib ki, hökumətlər Ukraynanın Rusiya daxilinə zərbələr endirmək üçün bağışlanmış silahlardan istifadəsinə qoyduğu məhdudiyyətləri yenidən nəzərdən keçirməlidirlər. O, Ukraynanın özünü müdafiə etmək, o cümlədən “Ukraynadan kənarda legitim hədəflərə” zərbə endirmək hüququ olduğunu iddia edib.

“Rusiya qüvvələri Rusiya ərazisindən sərhədin digər tərəfindəki Ukrayna ərazisinə hücum edirlər,” Stolenberq deyib. “Cəbhə xətti az-çox sərhəd xəttidir və əgər sərhədin digər tərəfində olduqları üçün cəbhə xəttinin digər tərəfindəki Rusiya qüvvələrinə zərbə endirə bilmirsənsə, o zaman əlbəttə ki, Ukrayna qüvvələrinin özlərini müdafiə etmək imanlarını azaldırsan,” o əlavə edib.

Stoltenberq bir daha vurğulayıb ki, NATO özü müqanişədə tərəf deyil, amma o həmçinin bildirib ki, NATO müttəfiqləri Ukraynaya hərbi dəstək verməklə özünümüdafiə hüququnu təmin etməyə kömək etmək hüququna malikdir.

Ukrayna və İspaniya bazar ertəsi bu il 1,1 milyard dollar, 2027-ci ilə qədər isə 5 milyard dollardan çox hərbi yardım üçün müqavilə imzaladıqlarını, İspaniyanın Ukraynaya Leopard tankları və artilleriya sursatları tədarük edəcəyini açıqlayıblar.

Forum

XS
SM
MD
LG