Accessibility links

Zelenski: Müharibədə fasilə Rusiyanın yenidən silahlanmasına kömək edəcək


Estoniyanın baş naziri Kaja Kallas Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşür. Tallin, Estoniya. 11 yanvar, 2024.
Estoniyanın baş naziri Kaja Kallas Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşür. Tallin, Estoniya. 11 yanvar, 2024.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində fasilə Rusiyaya sursat tədarükünü artırmağa və “bizi alt-üst etməyə” imkan yaratmaqla fayda verəcək.

“Ukrayna ərazisində döyüş meydanında fasilə müharibədə fasilə demək deyil. Bu, müharibənin sonu deyil”, Zelenski Estoniyaya səfəri zamanı deyib.

“Bu, Rusiya Federasiyası və ya başqa biri ilə siyasi dialoqa aparmır. Bu fasilə sadəcə Rusiya Federasiyasının xeyrinədir”, o deyib.

Zelenski Litva və Latviyanın da daxil olmaqla, regional tur çərçivəsində Estoniyada olub.

Ukrayna lideri çərşənbə günü Vilnüsda deyib ki, ölkəsinin qüvvələri dünyaya onu göstərib ki, Rusiya ordusunun qarşısı alına bilər, amma o bildirib ki, Kyiv hökumətinin Qərb müttəfiqlərinin Rusiyanın pilotsuz təyyarələri və raketlərini vurmaq üçün Ukraynaya daha çox hava hücumundan müdafiə sistemi göndərməsinə ehtiyacı var.

Bununla belə, o, Ukraynaya yardım edə biləcək ölkələrdə ehtiyatların az olduğunu etiraf edib.

“Anbarlar boşdur. Dünya müdafiəsi üçün çoxlu problemlər var” , Zelenski deyib.

Müharibə ikinci ildönümünə yaxınlaşdığı bir vaxt Ukrayna yerli müdafiə sənayesinin inkişafını sürətləndirməyə və daha çox sursat və silah istehsalı üçün xarici hökumətlərlə birgə layihələr üzərində işləməyə ümid etdiyini bildirib.

Estoniya, Litva və Latviya Ukraynanın ən böyük siyasi, maddi və hərbi dəstəkçiləri arasındadır və Baltikyanı ölkələrdə bəziləri Moskvanın növbəti hədəfi ola biləcəklərindən narahatdır.

Bu üç ölkə İkincü Dünya Müharibəsində İosif Stalin tərəfindən ələ keçirilərək ilhaq edilib. Onlar daha sonra 1991-ci ildə Sovet İttifaqının dağılması ilə birlikdə müstəqilliklərini geri qazanıblar. Onlar 2004-cü ildə NATO-ya qoşularaq, ABŞ və onun Qərb müttəfiqlərinin hərbi müdafiəsinin altına keçiblər.

“Demokratik ölkələr Ukraynaya kömək etmək üçün çox işlər görüblər, lakin biz birlikdə daha çox iş görməliyik ki, Ukrayna qalib gəlsin, işğalçı isə məğlub olsun”, Estoniya prezidenti Alar Karis açıqlamasında bildirib.

Forum

XS
SM
MD
LG