Accessibility links

Zelenski: “Rusiya qorxutmaq və həzz almaq üçün öldürür”


Ukrayna əsgəri. Marinka, Donetsk bölgəsi, Ukrayna. 23 dekabr, 2022.
Ukrayna əsgəri. Marinka, Donetsk bölgəsi, Ukrayna. 23 dekabr, 2022.

Rusiyanın bu yaxınlarda azad edilən Xerson şəhərinə etdiyi hücum nəticəsində azı beş nəfərin ölməsi, iyirmisindən çoxunun yaralanmasından sonra Ukrayna Prezidenti Volodirmi Zelenski şənbə günü Telegram-da yazıb ki, Rusiya “qorxudmaq və həzz almaq üçün öldürür.”

Prezident Telegram hesabında hücumun nəticələrini – yanan maşınlar, cəsədlərin əks etdirən şəkilləri paylaşıb.

“Sosial şəbəkələr çox güman ki, bu şəkillərin ‘həssas məzmun’ olaraq qeyd edəcək. Amma bu, həssas məzmun deyil – bu, Ukrayna və ukraynalıların real həyatıdır,” o yazıb.

Bundan öncə isə şənbə günü Britaniyanın Müdafiə Naziri deyib ki, Rusiya Ukraynaya hərbi müdaxiləsində sursat çatışmazlığı ilə üzləşir.

Nazirlik şənbə günü kəşfiyyat açıqlamasında bildirib ki, “əsgəri qüvvə çatışmazlığının azalmasına baxmayaraq, sursat çatışmazlığı çox güman ki, Rusiyanın hücum əməliyyatlarını məhdudlaşdıran əsas amil olaraq qalır.”

“Rusiya, böyük ehtimalla, qanadlı raketlərin məhdud olması səbəbindən Ukrayna infrastrukturuna uzun mənzilli raket zərbələrini həftədə bir dəfə ilə məhdudlaşdırıb. Eyni zamanda, Rusiyanın genişmiqyaslı hücum əməliyyatları üçün kifayət qədər artilleriya sursatları ehtiyatını artırması ehtimalı azdır.”

Britaniya müdafiə nazirliyi bildirib ki, sursat çatışmazlığı Rusiyanı təhlükəyə açıq vəziyyətə salıb. “Rusiyanın hazırkı əməliyyat dizaynının zəif tərəfi ondan ibarətdir ki, hətta uzun cəbhə xətti boyunca müdafiə əməliyyatlarının davam etdirməsi üçün belə gündə olduqca çox sayda mərmi və raketlərdən isitifadə etməlidir.”

ABŞ-ın nümayəndələr Palatası cümə günü Ukrayna üçün 45 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bundan bir gün öncə Senatın təsdiqlədiyi 1.66 trilyon dollarlıq büdcənin bir hissəsi olan bu yardım layihəsi qanuna imzalanmaq üçün Prezident Co Baydenə göndəriləcək. Bu yardım paketi ABŞ-ın bu il Ukraynaya göndərdiyi 50 milyard dollarlıq yardıma əlavədir.

Bu addım Ukrayna Prezidenti Volodimir Zelenskinin bu həftənin əvvəlində Vaşiqnqtona səfərindən sonraya təsadüf edir.

Kyivə dönəndən sonra Zelenski qətiyyətlə bildirib ki Rusiyanın Ukraynaya amansız artilleriya, raket və minaatan atəşinə və hava hücumlarına baxmayaraq, Ukrayna qüvvələri “qələbəyə doğru çalışır.”

Zelenski Telegramda vəd edib ki, “ Biz hər şəyin öhdəsindən gələcəyik.” O həmçinin deyib ki, “Biz Vaşinqtondan bizə həqiqətən də yardım edəcək şeylə qayıdırıq.”

ABŞ Ukraynaya Rusiyanın işğalına qarşı mübarizədə kömək etmək üçün Patriot raketləri vəd edib. Zelenski uzun müddətdir Rusiyanın 10 aydır davam edən münaqişədə şəhərlər, qəsəbələr, kəndləri dağıdan və son üş aydlr ölkə boyu elektrik və su təchizatını kəsən hava hücumlarına qarşı mübarizə etmək üçün Patriot raketləri tələb edirdi.

Zelenski Bayden və ABŞ Konqresinə Ukraynanın Rusiyaya qarşı mübarizəsini dəstəklədiyi üçün təşəkkür edib.

Ancaq ABŞ rəsmiləri deyir ki, Baydenin Ukraynaya vəd etdiyi tək bir Patriot zenit-raket kompleksi müharibənin gedişatını dəyişməyəcək.

Vaşinqton və müttəfiqləri Kyivi müasir döyüş tankları və cəhbə xəttindən çox uzağa, Rusiya ərazisinə çata bilən uzun-mənzilli ATACMS raketləri ilə təchiz etmək istəmirlər.

XS
SM
MD
LG