Accessibility links

Zelenski: Rusiyanın Ukraynada törətdiyi cinayətlərin üstü açılır


Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü gündəlik müraciətində deyib ki, Rusiya qüvvələrinin Ukraynanın artıq işğaldan azad olunan Xarkiv regionunda törətdikləri cinayətlərin üstü açılır və onlar qeydə alınır.

Zelenski deyib ki, indiyə qədər “İzyum yaxınlığında kütləvi məzalıqda” 440-dan çox məzar tapılıb və Rusiya əsgərlərinin “basdırılanlara sadəcə əyləncə məqsədilə atəş açdıqlarına” dair sübutlar üzə çıxır.

Bundan əlavə o deyib ki, Rusiya əsgərləri bəzi inanları, o cümlədən xariciləri, aylarca girov saxlayıb. O, işğal başladığı zaman Ukraynanın Kupyanks Tibbi Kollecinin tələbələri olan yeddi Şri-Lanka vətəndaşının mart ayından bəri ruslar tərəfindən əsir tutulduğunu bildirib.

“İndi artıq Xarkiv regionu azad olunandan sonra, bu insanlar xilas edilib, onlara müvafiq tibbi yardım göstərilir,” o deyib.

Zelenski bildirib ki, o, cümə günü Nike şirkətinin nümayəndələri ilə danışıb. Onun dediyinə görə, o, Nike nümayəndələrinə “Rusiya bazarını tərk etmək qərarına” görə təşəkkürünü bildirib. “Bu, doğru qərardır. Bu, biznesin insanlıq və azadlığı qorumaqda əhəmiyyətli rol oynaya biləcəyinin nümunəsidir. Əgər bir dövlət terror yolunu seçirsə, özünə hörmət edən hər bir şirlətin özünü bu dövlətdən uzaqlaşdırmaq öhdəliyi var,” Zelenski deyib.

Britaniyanın Müdafiə Nazirliyi şənbə günü Twitter-də bildirib ki, “Ukrayna ölkənin şimal-şərqində hücum əməliyyatlarını davam etdirir, Rusiya qüvvələri isə Oskil çayı ilə Svatove şəhəri arasında müdafiə xətti yaradıb. Rusiya, çox güman ki, bu zonaya nəzarəti saxlamağı vacib hesab edir.”

“Bundan əlavə bu xətt Rusiyanın birbaşa müharibə məqsədi çərçivəsində “azad etmək” istədiyi Donbasın bir hissəsi olan Luhansk vilayətinin sərhədində yerləşir,” nazirlik bildirib və əlavə edib ki, “Luhanskda əhəmiyyətli ərazi itkisi birmənalı olaraq Rusiyanın Strategiyasını pozacaq.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG