Accessibility links

Zelenski: Rusiyanın verdiyi itkilər onu göstərir ki, "aqressiya nəticə vermir və verə bilməz"


Ukrayna ordusu çərşənbə axşamı bildirib ki, gecə Rusiyanın atdığı 11 dronu və iki idarəolunan raketi vurub.

Ukrayna hava qüvvələri bildirib ki, Rusiya Xarkiv, Sumı, Dnipropetrovsk, Xmelnitski və Kirovohrad bölgələrini hədəf alan ən son hava hücumlarında ümumilikdə 13 dron və beş raketdən istifadə edib.

Tələfat və ya ziyan barədə dərhal məlumat verilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi gündəlik müraciətində deyib ki, Avropaa liderlərinin görüşündə Ukrayna ordusunun arsenalı, onun silah istehsal etmək qabiliyyəti, müttəfiqlərin Ukraynaya silah təchizatı və Ukraynnın Rusiyanın işğalın qarşı döyüşünə davamlı dəstək müzakirə olunub.

“Rusiyanın təcavüzündən müdafiə üçün birlikdə etdiyimiz hər şey xalqlarımıza gələcək onilliklər üçün real təhlükəsizlik əlavə edir,” - Zelenski bildirib. “Çünki Rusiyanın hər bir itkisi və hər məğlubiyyəti Rusiyaya, Avropanın və bütövlükdə azad dünyanın istənilən digər düşməninə öyrədir ki, təcavüz nəticə vermir və verə bilməz.”

Franda Prezidenti Emmanuel Makron Parisdə 20 Avropa lideri ilə birlikdə iclas keçirib və deyib ki, “Rusiya bu müharibəni uda bilməz və udmamalıdır.” Makron bildirib ki, Ukraynaya döyüşməyə Qərb qoşunlarını göndərmək planları olmasa da, ehtimal qalır.

“Bu gün rəsmi, təsdiqlənmiş şəkildə qoşun göndərməyə dair konsensus yoxdur. Amma dinamika baxımından heç nəyi istisna etmək olmaz,” Makron mətbuat konfransında bildirib.

Bir neçə Avropa lideləri, o cümlədən Almaniya kansleri Olaf Şolts çərşənbə axşamı bu fikrə qarşı çıxıb.

“Biz başından bəri öz aramızda və bir-birimizlə razılaşdığımız həmçinin gələcəyə də şamil olunur, yəni nə Avropa ölkələri, Ukrayna torpağında nə də NATO ölkələri tərəfindən göndərilən əsgər olmayacaq,” Şotls müxbirlərə deyib.

Çexiya Baş naziri Petr Fiala və Polşanın Baş naziri Donald Task deyib ki, onların hökumətlərinin Ukraynaya qoşun göndərmək planları yoxdur.

Macarıstan xarici işlər naziri Piter Sziccartso bəyanatında deyib ki, Macarıstan Ukraynaya nə qoşun nə də silah göndərməyəcək.

Rusiyada Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynaya Qərb qoşunları göndərmək bu ölkələrin “tamamilə marağında deyil.”

“Belə olan halda biz ehtimaldan yox, (birbaşa münaqişənin) qaçılmazlığından danışmalıyıq,” Peskov jurnalistlərə deyib.

Makron bazar ertəsi deyib ki, Avropa rəsmiləri razılaşıb ki, onlar gələcək illərdə Rusiya tərəfindən mümkün hücuma hazır olmalıdırlar və Ukraynaya maddi və hərbi cəhətdən kömək etmək üçün daha çox səy göstərmək lazımdır.

“"Biz hamımız razıyıq ki, biz Rusiya xalqı ilə müharibə etmək istəmirik, lakin gərginliyi nəzarət altında saxlamaqda qərarlıyıq,” Makron deyib və görüşün məqsədinin orada olanların " hərbi dəstək və büdcə dəstəyi baxımından necə daha çox şey edə biləcəyini görmək olduğunu" əlavə edib.

Görüşdən sonra Niderland Çexiyanın Ukrayna üçün dünya ölkələrindən sursat almaq təşəbbüsünə 108 milyon dollar ianə verəcəyini açıqlayıb. Niderlandın Baş naziri Mark Rutte digər ölkələrin də onun ölkəsinin arxasında eyni addımı atacağına ümid etdiyini bildirib.

Sülh planı

Zelenskinin Kyivdə keçirilən forumda İsveçrənin planlaşdırdığı sülh sammitində Kyivin müharibəni bitirməklə bağlı görüşünün müzakirə ediləcəyinə dair ümid bəslədiyini bildirməsindən bir gün Kreml bazar ertəsi Ukraynanın Rusiyanın iştirakı olmadan sülh danışıqlarına çağırışının gülünc olduğunu bildirib.

Zelenski bazar günü jurnalistlərə sülh sammitinin yazda baş tutacağına ümid etdiyini deyib. “Biz bu diplomatik təşəbbüsü itirməməliyik,” o deyib: “Biz [Putinin] bu müharibəni uduzduğu və bunun səhv olduğu ilə razılaşa biləcəyi platforma təklif edəcəyik. Böyük səhv.”

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “Biz dəfələrlə bunun qəribə bir format olduğunu demişik, çünki müəyyən sülh planları Rusiyanın iştirakı olmadan həyata keçirilir ki, bu da öz-özlüyündə qeyri-ciddi və hətta gülüncdür.”

Forum

XS
SM
MD
LG