Accessibility links

Zelenskinin şiddətli müqaviməti onu beynəlxalq ikonaya çevirir


Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qüvvələri ölkəsinə hərbi müdaxilə edəndən bəri dünya səhnəsində önəmli fiqura çevirlib. O, on minlərlə Rusiya qoşunu paytaxta doğru irəlilədiyi bir vaxt Kyivdə qalmaq niyyətində olduğunu bəyan edib.

Zelenski ABŞ-ın hərbi müdaxilədən sonra onu və ailəsini evakuasiya etmək təklifinə məşhur cavabı - “Burada döyüş gedir, mənə evakuasiya yox, sursat lazımdır” - Ukrayna xalqının işğalçı Rusiya qoşunlarına qarşı şiddətli müqavimətinin simvoluna çevrilib.

Zelenskinin Ukraynanın təhlükə altında olan paytaxtının küçələrindən etdiyi video çıxışları və onun Avropa İttifaqı və digər beynəlxalq qurumlara xalqının Rusiyanın hərbi müdaxiləsinə müqavimətini dəstəkləmələri üçün çağırışları dünya boyu ekranlarda yayımlanıb. Ancaq bu yaxınlara qədər keçmiş aktyor və komediyaçı öz ölkəsindən kənarda çox tanınmırdı.

44 yaşlı Zelenski 2019-cu ilin yazında səslərin 73.2 faizini qazanaraq, sabiq prezident Petro Poroşenkonu məğlub edib və hakimiyyətə gəlib. Onun prezident seçilməsi ilə sanki həyat sənəti yamsılayırdı. Belə ki, Zelenski prezident seçilmədən öncə “Xalqın xidmətçisi adlı” televiziya serialında Ukrayna prezidenti seçilən məktəb müəllimini canlandırdığı roluna görə tanınırdı.

Serialın məğzi ondan ibarət idi ki, Zelenskinin canlandırdığı obrazın populyarlığı onun Ukraynada tüğyan edən korrupsiya əleyhinə çıxış etdiyini göstərən viral videodan sonra kəskin şəkildə artır. 2018-ci ildə Ukraynada Zelenksinin televiziya serialının adının verildiyi yeni siyasi partiya televiziya ulduzunu onun uydurma prezident obrazına bənzər anti-korrupsiya platforması ilə prezidentliyə namizəd göstərdi.

Ukraynanın şərqindən

Zelenski o zaman Sovet İttifaqının bir hissəsi olan Ukraynanın cənub-mərkəzində rusdilli bölgədə yerləşən Krıvıy Riğ şəhərində dünyaya gəlib. Yəhudi olan Zelenski deyib ki, onun uzaq qohumları Holokost zamanı böyük əzablar çəkib. Nasistlər onun babasının atası və üç qardaşını öldürüb və babası özü müharibə zamanı Qızıl Orduda xidmət edib.

Zelenski hazırda Krıvıy Riğ Milli Universiteti adlanan universitetinin hüquq fakültəsini bitirib, ancaq hüquq sahəsində işləmək əvəzinə komediya yolunu seçib və daha sonra müvəffəq televiziya istehsal şirkətinə çevrilən kvartal 95-ın təsisçilərindən biri olub.

Zelenskinin qeyri-adi uğurlarından biri onun 2006-cı ildə “Ulduzlarla Rəqs” televiziya proqramının Ukrayna versiyasında qalib gəlməsi olub.

Zelenski 2009-2018-ci illərdə bir sıra filmlər, xüsusilə romantik komediyalarda aparıcı rollarda oynayıb.

Zelenski 2003-ci ildə ssenarist Olena Kiyaşko ilə evlənib. Onların 17 yaşında bir qızı və 8 yaşında bir oğlu var. Hər üçünün Zelenski ilə birlikdə Kyiv də olduğu güman olunur.

Münaqişə zamanı vəzifəyə gəlib

Zelenski 2019-cu ildə vəzifəyə gələndə onun ölkəsi artıq beş il idi ki, Luqansk və Donesk vilayətlərindən ibarət Donbas regionunda separatçı yarı-hərbi dəstələrlə münaqişə içərisində idi. Yarı-hərbi dəstələr Rusiyanın dəstəyi ilə hər iki vilayətin bir hissəsinə nəzarət edirdi və tez-tez Ukrayna qoşunları ilə onlar arasında atışmalar olurdu. Bundan əlavə Rusiya 2014-cü ildə ələ keçirdiyini və Rusiyanın bir hissəsi olaraq “ilhaq” etdiyini iddia etdiyi Krıma nəzarət edirdi.

Bir çox amerikalı Zelenskini 2019-cu ildə, onun sabiq Prezidenti Donald Trampın ilk impiçmentinə gətirib çıxaran hadisələrdə adının hallanması ilə tanıdı.

Ukraynada davam edən münaqişə səbəbilə ABŞ qanunvericiləri 2019-cu il üçün Ukraynaya 400 milyon dollarlıq hərbi yardımı təsdiq etmişdirlər. Tramp administrasiyası ilə həmin ilin yaz və yay ayları boyunca açıq bir səbəb göstərmədən yardımı göndərməkdən imtina edirdi.

Trampın impiçmenti

2019-cu ilin iyulunda Zelenski ilə danışığı zamanı Tramp Ukrayna prezidentinin daha çox tank əleyhinə silah almasına icazə verilməsinə dair tələbinə bu sözlərlə cavab verib: “Ancaq mən sizin bizim üçün bir yaxşılıq etməyinizi istəyirəm.” Bunun ardınca o, Zelenskidən Bayden ailəsinin biznes sövdələşmələri ilə bağlı təhqiqat başlatmasını istəyib.

Həmin vaxt Co Bayden 2020-ci ABŞ prezident seçkisində Trampın rəqibi idi. Baydenin oğlu Hanter Ukrayna təbii qaz şirkətinin idarə heyətinin üzvü olub.

Zelenski ilə telefon danışığı Trampın Nümayəndələr Palatasında impiçmentinə səbəb oldu və Demokrat qanunvericilər onun Zelenskiyə əsas siyasi rəqibinə ziyan vurması üçün təzyiq göstərmək məqsədilə Ukraynaya yardımı gecikdirməkə günahlandırmışdı.

Zelenski təzyiq altında olmadığını və ABŞ-da siyasi ixtilafın bir hissəsi olmaq istəmədiyini bildirmişdi.

Aşağı populyarlıq səviyyəsi

Zelenski Rusiyanın hərbi müdaxiləsindən sonrakı günlərdə beynəlxalq səviyyədə və Ukrayna daxilində son dərəcə populyarlaşıb. Hətta işğaldan əvvəl onu mütəmadi olaraq tənqid edən müxalifət partiyasından siyasətçilər də onun ölkəni səfərbər etmək səylərini alqışlayıblar.

Lakin prezident seçiləndən sonrakı illərdə Zelenskinin ukraynalılar arasında populyarlığı əhəmiyyətli dərəcədə azalmışdı. Korrupsiyanın əsas problemlərdən biri olaraq qaldığı bir ölkədə o, ölkə siyasətinə dürüstlüyü gətirmək üçün verdiyi vədləri yerinə yetirmək üçün çox az iş görmüş kimi görünürdü.

Yanvar ayında aparılan rəy sorğuları Ukrayna xalqının təxminən 30 faizinin Zelenksini dəstəklədiyini göstərirdi.

Hərbi müdaxilə ilə bağlı xəbərdarlıqların əhəmiyyətini azaldıb

Zelenski, həmçinin ABŞ-ın Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxilə etmək qətiyyətində olduğunu göstərən kəşfiyyat məlumatlarına inanmaq istəmədiyinə görə də tənqid olunmuşdu.

Hücumdan öncəki həftələrdə Zelenski Avropa və dünya liderləri arasında dəstək toplamağa çalışdı və Putinə qoşunlarını geri çəkməsi üçün təzyiq göstərə biləcəyinə ümid etdi. Lakin, o, tez-tez ABŞ-ın qaçılmaz hərbi müdaxilə ilə bağlı xəbərdarlıqlarını ictimai çıxışlarında inamsızlıq və hətta istehza ilə qarşıladı.

Təndqidçilər deyir ki, onun Putinin blef etdiyini və Ukraynaya hərbi müdaxilə etməyəcəyini təkid etməsi səbəbilə vətəndaşları hərbi müdaxiləyə daha az hazırlıqlı oldular nəinki o, ABŞ-ın xəbərdarlıqlarını ciddiyə almış olsa idi.

XS
SM
MD
LG