Accessibility links

Zelenski: Krımın işğaldan azad edilməsi qlobal nizamın möhkəmlənməsinə kömək edəcək


Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Krımla bağlı beynəlxalq konfransda çıxışı zamanı deyib ki, 2014-cü ildə Rusiya tərəfindən zəbt edilmiş və ilhaq edilmiş yarımadaya nəzarəti bərpa etmək "müharibə əleyhinə ən böyük addım" olacaq və "qlobal qanun-qaydanın" bərpasına kömək edəcək.

Ukraynanın ərazi bütövlüyünün bərpasına və Krımın Ukraynaya qaytarılmasına yönəlmiş Krım Platformasının açılışında çıxış edən Zelenski "hər şey Krımdan başladı və hər şey Krımda bitəcək" deyib.

"Bu doğrudur və mən buna 100% inanıram ki, terrora qalib gəlmək, regionumuza, Avropaya, bütün dünyaya qarantiya və təhlükəsizliyin qaytarılması üçün Rusiya təcavüzünə qarşı mübarizədə qalib gəlmək lazımdır" - deyə, Ukrayna prezidenti bildirib. O vurğulayıb ki, Krımın işğaldan azad edilməsi "dünya nizamını bərpa edəcək".

Zelenski deyib ki, sammitdə 60-a yaxın dövlət və beynəlxalq təşkilatın nümayəndəsi, o cümlədən 40-a yaxın prezident və baş nazir iştirak edib. Onların demək olar ki, hamısı tədbirə onlayn şəkildə qatılıb lakin Polşa prezidenti Andjey Duda Kyivə səfər edərək tədbirdə şəxsən iştirak edib.

Rusiya Ukrayna hədəflərinə raket zərbələri endirmək üçün Qara Dəniz Donanmasının yerləşdiyi Krımdan istifadə edir.

"Ukrayna Rusiya tərəfindən gələn təhdidlərə baxmayaraq, Ukraynanın Krımı üçün perspektivləri görəcək qədər güclüdür. Ukraynanın Krım yarımadası üzərində nəzarəti bərpa etməsi Avropada təhlükəsizliyin və ədalətin bərqərar edilməsində müharibə əleyhinə tarixi bir addım olacaq" – deyə, Zelenski vurğulayıb.

O xatırladıb ki, Rusiya Krımdan Ukraynanın "şəhər və qəsəbələrinə" 750 qanadlı raket atmaq üçün istifadə edərək, onu "ekoloji fəlakət zonasına və təcavüz üçün hərbi meydana" çevirib.

XS
SM
MD
LG