Accessibility links

Zelenski “işğalçını gündən-günə məhv etdiklərinə” görə hərbçilərə təşəkkür edib


Ukrayna Prezidenti Volodimir Zelenski ukraynal hərbçini medalla təltif edir. Mikolaiv, Ukrayna. 20 oktyabr, 2023
Ukrayna Prezidenti Volodimir Zelenski ukraynal hərbçini medalla təltif edir. Mikolaiv, Ukrayna. 20 oktyabr, 2023

Ukrayna Prezidenti cümə günü gündəlik müraciətində Ukraynanın cənubunda “mövqelərini qoruyub saxlayan və işğalçını gündən-günə məhv edən” hərbçilərə təşəkkür edib.

“Bu günlərdə Rusiyanın itkiləri həqiqətən dərin təsir oyadır və bunlar məhz Ukraynanın ehtiyac duyduğu işğalçı itkiləridir,” Zelenski deyib.

Bu arada isə Britaniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Rusiyanın Qara dənizin şərqində Kinjal raketləri ilə silahlanmış önləmə təyyarəsi ilə döyüşçü patrullar həyata keçirməyə başlmasına dair açıqlaması ABŞ-ın Aralıq dənizinin şərqində artan mövcudluğuna reaksiyadır.

Məlumatda deyilir ki, “Putinin açıqlması Rusiyanın ölkədaxili auditoriyaya yönəlmiş” Qərbi aqressor, eyni zamanda Rusiyanın fəaliyyətini “dövlətin müdafiəsi üçün zəruri” adlandıran “tipik Rusiya ritorikası ilə uyğun gəlir.”

Nazirlik bildirib ki, Kinjal raketi “kağız üzərində yüksək qabiliyyətə malikdir,” ancaq onun Ukraynada indiyədək göstərdiyi performans “zəif” olub.

Britaniya nazirliyi bildirib ki, “kağız üzərində” Kinjal “hipersonik sürətdə uça və müasir hava hücumundan müdafisə sistemlərindən yayına bilir, baxmayaraq ki, Rusiyanın bu potensiala nail olmaq üçün ondan necə istifadə etməsi ilə bağlı demək olar ki, əhəmiyyətli təkmilləşdirməyə ehtiyac var.”

Forum

XS
SM
MD
LG