Accessibility links

Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib


Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın bölgəyə hücumu fonunda hərbi rəsmilərlə görüşmək üçün cümə axşamı ölkənin şimal-şərqindəki Xarkiv şəhərinə getdiyini bildirib.

Zelenskinin Telegram kanalında bildirdiyinə görə, Xarkivdə vəziyyət son dərəcə ağır olsa da, ümumilikdə nəzarət altındadır.

Rusiya son günlər Xarkivda bir neçə kəndi nəzarətinə aldığını iddia edir. Rusiyanın irəliləyişləri Zelenskini xaricə planlaşdırılan bir neçə səfərini ləğv etməyə vadar edib.

Ukrayna ordusu cümə axşamı bildirib ki, Xarkivdə vəziyyət mürəkkəb olaraq qalsa da, Ukrayna qüvvələri vəziyyəti sabitləşdirib və Rusiyanın müəyyən ərazilərdə irəliləyişinin qarşısını alıb.

Hadisələr ABŞ dövlət katibi Antoni Blinkenin Ukraynaya iki günlük səfərindən sonraya təsadüf edib. Zelenski Blinkendən Xarkivi qorumaq üçün hava hücumundan müdafiə sistemləri istəyib.

Blinken keçən ay təsdiqlənən 61 milyard dollarlıq paketin bir hissəsi olaraq, Ukraynaya 2 milyard dollarlıq hərbi yardım elan edib.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın işğal etdiyi Krım üzərində beş taktiki raketini və çox sayda pilotsuz uçuş aparatını, həmçinin Belqorod, Bryansk, Kaluqa və Tula vilayətləri üzərində bir neçə pilotsuz təyyarələrini məhv etdiyini bildirib.

Forum

XS
SM
MD
LG