Accessibility links

Zelenski xəbərdarlıq edir ki, Ukraynanın azalan sursat təchizatı Rusiyanın hücumunu gücləndirə bilər


Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü müttəfiqlərinə xəbərdarlıq edib ki, sursatın az olması Rusiyaya Ukraynaya qarşı yenidən qruplaşmaq üçün imkan verə bilər. O, ordu rəhbərinin qoşunlarının şərqdəki Avdiivka şəhrindən geri çəkdiyini elan etməsindən sonra arrtilelriya və uzun-mənzilli silahjlaral ehtiyacı vurğualyıb.

Zelenski təhlükəsizlik və xarici siysət rəsmilərinin hər il keçirilən görüşü olan Münhen Təhlükəsizlik Konfransında deyib ki, Ukrayna təxminən 2 ildir davam edən müharibədə Ukrayna üçün "süni silah çatışmazlığı" səbəbindən yenidən Rusiyaya qarşı müdafiəyə keçib.

“biz sadəcə olaraq çatışmazlıq yaşadığımız silahları gözləyirik,” Zelenski, uzun-mənzilli silahların çatışmazlığına işarə edərək deyib.

“Ukraynalılar sübut edib ki, biz Rusiyanı geri çəkilməyə məcbur edə bilərik,” Zelenski deyib. “Biz torpağımızı geri ala bilərik və [Rusiya Rpezidenti Vladimir] Putin uduza bilər, və bu, artıq bir neçə dəfə döyüş meydanında baş verib.”

ABŞ-ın Vitse-prezidenti Kamala Harrislə Münhendə görüşdən sonra Ukrayna Prezidenti və Harris birgə mətbuat konfransı keçirib. ABŞ-ın Vitse-prezidenti deyib ki, “dəstəyimizi davam etdirmək Birləşmiş Ştatların strateji marağındadır.”

Zelenski Harrisin Konqresdə ilişib qalan Ukrayna üçün yardım paketinin Ukraynanın müharibə səyləri üçün “həyati əhəmiyyət” daşıdığına dair sözlərini təkrarlayaraq, Kyivin ABŞ-ın “strateji tərəfdaş” olaraq qalacağına arxalandığını deyib.

Bundan əlavə konfransda NATO-nun baş katibi Yens Stoltenberq vurğulayıb ki, ABŞ Konqresinin Ukraynaya yardım paketinin təsdiqini gecikdirməsi Ukraynanın müdafiəsinə birbaşa təsir edir.

“Gözlədiyimiz hər həftə Ukraynanın cənbə xəttində daha çox insanın ölməsi deməkdir,” o deyib.

Ölkəsi Rusiya ilə sərhəd bölüşən Estoniya baş naziri Kaya Kallas deyib ki, “Əgər Amerika özünü təcrid etsə, bu sizin üçün daha baha başa gələcək.”

ABŞ-dan sonra Ukraynanın ikinci ən böyük hərbi təchizatçısı Almaniyanın Kansleri Olaf Şotls Avropa ölkələrinə daha çox təchizatla bağlı çağırışlarını təkrarlayıv və müharibə başlayandan bəri Amerikanın hərbi yardımına işarə edib.

“Hər bir Avropa ölkəsi də ən azından bənzər səy göstərməlidir,” o deyib.

Avdiivkadan geri çəkilmə

Ukrayna qoşunlarının cənubdakı Avdiivka şəərindən geri çəkilmələri ilə bağlı Zelenski deyib ki, Ukrayna komandiri General-polkovnik Oleksandr Sırskininin geri çəkilmək əmri “düzgün qərar idi” və prioritetin Ukrayna əsgərlərinin həyatlarını qurtarmaq olduğunu vurğulayıb.

O, Rusiyanın çox az naliyyət əldə etdiyinə işarə edib, ancaq oktyabr ayından bəri “’əllərindəki bütün güclə” Avdiivkaya hücum etdiklərini və minlərlə əsgər itirdiyini əlavə edib – “Rusiyanın nail olduğu budur. Ordusunun tükənməsi.”

Ukraynanın baş komandanı Sırski cümə günü Facebook-da yazın ki, qoşunlar “mühasirəyə düşməmək və xidmət personalının həyat və sağlamlığını qorumaq üçün” köçürülüb.

Şərqdəki bu şəhəri ələ keçirmək Mosvanın Donbas sənaye regionunu əşkil edən iki vilayətə tam nəzarəti təmin etmək məqsədinin açarı hesab olunur və bu yaxınlarda onun vacibliyini vurğulayan Putini gələn ay seçkilərin keçiriləcəyi bir vaxtda döyüş meydanında qələbə ilə təmin edə bilər.

Forum

XS
SM
MD
LG