Accessibility links

Saatlıda zəlzələ olub


Episentrdə zəlzələ 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub

Mayın 11-i səhər saatlarında Azərbaycanda zəlzələ baş verib.

Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.

Episentrdə zəlzələ 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Zəlzələnin həmçinin, Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad və Füzuli rayonunda da hiss olunduğu bildirilir.

Dağıntı və tələfat haqqında hələlik, məlumat verilmir.

XS
SM
MD
LG