Accessibility links

İran Azərbaycanının Zəncan vilayətində iki meşə mühafizəçisi öldürülüb


Meşə
Meşə

Zəncan vilayətinin qorunan meşəlik ərazisinin iki meşə mühafizəçisi silahlı toqquşmada həyatını itirib.

Bu barədə Ətraf Mühit Mühafizəsi Departamentinin rəsmisi Tasnim Xəbər agentliyinə məlumat verib.

Onların qanun pozanların maşınını təqib edərkən hərbi silahla öldürüldüyü bildirilib.

Brakonyerlərin maşının təqib edərkən öldürülən Mehdi Mücəlləl və Mikayıl Haşımi hadisə zamanı polisdən kömək istməşdilər. Zəncan vilayətinin Polis İdarəsinin baş komandiri kömək istəyən meşə mühafizəçilərini tapa bilmədiklərini və nəhayət gündüz işığında cəsədləri aşkar etdiklərini deyib.

Polisin bu ifadələri tənqidlərlə üzləşib, polis qüvvələrinin meşə mühafizəçilərinin kömək istəyi zaman təcili tədbirləri almadığı qənaəti irəli sürülüb.

Rəsmilərin dediyinə görə, Cinayət Axtarışı İdarəsi və Ümumi Təlükəsizlik Polisinin iş birliyi ilə iki meşə mühafizəçisinin qatili həbs edilib.

İranda meşə mühafizəçiləri zaman-zaman brakonyerlər və ağac qaçaqçıları tərəfindən qətlə yetirilir və yaxud toqquşmalarda yaralanırlar. Son ,statistikaya görə 150-dən çox meşə mühafizəçisi həyatını itirib. İran mətbuatına danışan ətraf mühit fəalı Məhəmməd Dərviş meşə mühafizəçilərin qatilləri haqda deyib ki, "... Cinayətkarlar yerli ovçulardırsa, demək lazımdır ki, yerli əhali iqtisadi səfalət və sanksiyalar səbəbindən son dərəcə yoxsullaşıb və insanlar dolanışıq üçün ov etməyə və ya ağacları kəsməyə üz tuta bilərlər."

Beynəlxalq standartlara görə, min hektar üçün bir mühafizəçi təyin edilməlidir, ancaq İranda bu rəqəm standartlardan çox uzaqdır və bir meşə mühafizəçisi 6 min hektarı qorumaq məcburiyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG