Accessibility links

“Bu hadisə İslamda demokratiyanın mümkünlüyü ilə mümkünsüzlüyü arasında olan mübarizədir.” [Audio-Müsahibə]


 Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə Amerikanın Səsinə müsahibəsində Səudiyyə Ərəbistanı da daxil olmaqla 6 ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsini şərh edib.

“Bu hadisə islamda demokratiyanın mümkünlüyü ilə mümkünsüzlüyü arasında olan mübarizədir.”
please wait

No media source currently available

0:00 0:09:46 0:00

Politoloqun sözlərinə görə, Qətər regionda yeganə ərəb ölkəsidir ki, əmirlik olmasına baxmayaraq hökümət demokratik dəyərlər əsasında idarə edilir.

Ən nüfuzlu ərəb kanalı olan Əl Cəzirə kimi insan haqlarını, demokratiyanı müdafiə edən bir kanalın məhz Qətərdə yerləşməsi heç də təsadüfi deyil.

“Buna görə Qətərlə müstəbid rejimlər arasında olan bu münaqişəni məhz demokratiya uğrundan mübarizə olaraq adlandırmaq olar.”

Qətərin İran rejimini dəstəkləməkdə günahlandırılmasına münasibət bildirən Zərdüşt Əlizadə qeyd edib ki, İran azsaylı islam ölkələrindəndir ki, demokratik seçki meyarını özündə tətbiq edir.

“Biz İranı ABŞ-a qarşı gəlməyinə görə, bəzi dəlisov hərəkətlər etdiyinə görə sevməyə bilərik, amma digər müsəlman ölkələrə nəzərən İranın daha demokratik ölkə olduğunu etiraf etməliyik. İran nə qədər teokratik ölkə olsa da, öz iqtisadiyyatının, təhsilinin sosial sahələrinin inkişafına diqqət ayırır. Bu da demokratiyanın çeşidli olmasına bir nümunədir.”

“Biz terrorizmin səbəblərini aradan qaldırmaqdansa nəticələri həll etməyə çalışırıq.

Politoloq onu da əlavə edib ki, hazırda dünyada terrorizmin baş verməsinə əsas səbəb məhz insanlar, ölkələr arasında iqtisadi tarazlığın pozulması, beynəlxalq hüquq qaydalarına əməl edilməməsi, böyük şirkətlərin tamahkarlığıdır.

“Biz terrorizmin səbəblərini aradan qaldırmaqdansa nəticələri həll etməyə çalışırıq. Nəticələrin isə ardı-arası kəsilmir. Son aylarda Avropanın bir çox ölkəsi də daxil olmaqla dünyanın hər yerində baş verənlər bunun sübutudur.”

Onun sözlərinə görə, əgər dövlətlər beynəlxalq hüquq qanunlarının aliliyini təmin etməyə, insanlar arasında iqtisadi ədalətsizliyi aradan qaldırmağa çalışsa terrorizmi birbaşa kökündən kəsmək mümkün olar.

Türkiyə bu münaqişədə tərəf tutarsa o zaman bu ölkəni geridönülməz bir geosiyasi vəziyyətin içinə sala bilər.

Qətərə qarşı olan bu diplomatik konfliktdə Türkiyənin rolunun əhəmiyyətini qeyd edən politoloq onu da bildirib ki, Türkiyə bu müqaşidə tərəf olmamalı, yalnız sülhün təmin olunması üçün çalışmalıdır.

“Baxmayaraq ki, Rəcəb Tayyib Ərdoğanın Qətərlə çox yaxın münasibətləri var, amma əgər Türkiyə bu münaqişədə tərəf tutarsa o zaman bu ölkəni geridönülməz bir geosiyasi vəziyyətə sala bilər. Bundan əlavə, Azərbaycan da Türkiyə kimi sülhə, barışığa doğru səsləyiş etməlidir.”

Qətərin Xarici İşlər Nazirinin tərəfləri dialoqa çağırmasını sülh yolunda atılmış önəmli addım kimi qiymətləndirən Zərdüşt Əlizadə, münaqişənin tez bir zamanda həll olunacağına ümidini ifadə edib.

“Bu ölkələr bir-biri üçün həm iqtisadi, həm siyasi, həm də ticari baxımdan çox əhəmiyyətlidir. Əminəm ki, hər iki tərəf qarşılıqlı şəkildə güzəştə gedərək, problemi tez bir zamanda həll edəcəklər.”

XS
SM
MD
LG