Accessibility links

Rza Zərrab sanksiyalardan yayınma planından 150 milyon dollar pul qazanıb


New York Tımes qəzetinin verdiyi məlumata görə, Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını pozaraq neft müqabilində qızıl qaçaqçılığı sxemi ilə bağlı məhkəmədə ulduz şahid qismində ifadə verən Rza Zərrab bu iş vasitəsilə böyük məbləğdə pul qazandığını etiraf edib.

“Dəqiq yadımda deyil, amma 100 milyon dollar, ya da daha çox, bəlkə də 150 milyon ola bilər,” deyə Zərrab tərcüməçi vasitəsilə münsiflər məhkəməsinə bildirib.

Artıq məlumdur ki, ABŞ-ın bizə qarşı planı var. Bu məhkəmə bizim regiondakı iddimızdan geri çəkilməyə vadar etmək üçün təşkil olunub.
R.T. Ərdoğan

Qəzetdə yer alan məlumata görə, cənab Zərrab bu ifadəni Manhettendəki Federal Mahal Məhkəməsinə şahid qismində türkiyəli bankir Mehmet Hakan Atillanın vəkilinin suallarına cavab olaraq verib. Atilla sanskiyalardan yayınma planında iştirakına görə mühakimə olunur.

"Zəngin Türkiyə-İran vətəndaşı olan Zərrab 2016-ci ildə ailəsi ilə birlikdə Florida ştatında yerləşən Disney World-a səfəri zamanı həbs olunub. O, ötən həftə verdiyi ifadədə 2012-ci ildə o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanın şəxsən bu iş üçün iki Türkiyə bankından istifadəyə əmr verdiyini deyib," qəzetdə bildirilir.

Zərrab həmçinin ölkənin o zamankı iqtisadiyyat naziri Zafer Cağlayana onlarla milyon dollar rüşvət ödədiyini bildirib.

Zərrab oktyabrın 26-da gizli bir şəkildə sanksiyadan yayınma işində iştirak etdiyini etiraf etdikdən öncə o da Atilla ilə birlikdə mühakimə olunacaqdı. Onun etirafı və əlbir olması ilə bağlı əldə olunan razılıq ötən həftə məhkəmə başlayandan sonra ortaya çıxıb.

Məlumata görə, çərşənbə axşamı sorğu-sual zamanı Zərrab bir başqa ittiham ilə bağlı da yeni məlumatlar bölüşüb. O, spirtli içki almaq və gözətçinin telefonunda istifadə edə bilmək üçün Metropoliten İslah Mərkəzinin gözətçisinə rüşvət verdiyini etiraf edib.

Zərrab bu rüşvətin dəyərinin 45 min dollar olduğunu və ödənişin onu Türkiyədə təmsil edən və həmin vaxt Nyu-Yorkda olan vəkili tərəfindən təşkil olunduğunu bildirib. Zərrab vəkilinin adını açıqlamayıb, onun Nyu-Yorkdakı vəkillərindən Robert Anello isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Rza Zərrab
Rza Zərrab

Zərrabın artıq ikinci həftədir davam edən ifadələri Türkiyə boyu siyasi çaxnaşmalara səbəb olub.

Ərdoğan AKP millət vəkilləri önündə etdiyi həftəlik çıxışı zamanı Birləşmiş Ştatlara hücum edib. O, diqqəti təkcə məhkəmə işinə deyil, həm də Amerikanın Suriyadakl kürd qiyamçılara dəstəyinə və Birləşmiş Ştatların İsrail siyasətinə yönəldib.

“Artıq məlumdur ki, ABŞ-ın bizə qarşı planı var,” deyə Ərdoğan qanunvericilərə bildirib. “Bu məhkəmə bizim regiondakı iddimızdan geri çəkilməyə vadar etmək üçün təşkil olunub,” deyə o söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Prezident Trampla şəxsi münasibətlərinə dəyər verən Ərdoğan hazırda Birləşmiş Ştatlar hökümətində Obama administrasiyası dövründən qalan insanların Tramp administrasiyasına xələl gətirməyə çalışdığını deyib.

“Bu məhkəmə həm də Amerikanın daxili siyasətində yaşanan böyük çəkişmənin bir hissəsidir. Amerika mediası bu məhkəmə prosesini Rusiya, Flinn, Tramp başlıqları ilə yanaşı işıqlandırır,” Ərdoğan deyib.

Prezident Ərdoğan sanksiya ittiham aktının “konspirasiya” olduğunu iddia edib.

“Bəli, bu, Türkiyəyə qarşı sui-qəsddir,” o deyib. Keçmişdə dəfələrlə olduğu kimi o, Fətullah Gülənin tərəfdarlarını günahlandırıb.

Dəqiq yadımda deyil, amma 100 milyon dollar, ya da daha çox, bəlkə də 150 milyon ola bilər.
Rza Zərrab

Ərdoğan həmçinin ölkədaxili rəqiblərinə də xəbərdarlıq edib. O deyib ki, “Amerikadakı məhkəmə prosesini ölkədaxili siyasət məsələsi olaraq görən hər bir kəs xəyanətkar ilə əlbir olacaq,” o deyib.

Məhkəmə gedişatında Zərrab həm də vəkillərinin prokurorlar ilə 2016-ci ilin yayında görüşərək hökümət ilə əlbir olmağı müzakirə edib, amma heç bir nəticə əldə olunmayıb. Daha sonra bu ilin avqust ayında o, vəkilləri ilə birlikdə hökümət nümayəndələri, onlarla prokuror və FBI agentləri ilə görüşüb və nəticədə hökümətlə əməkaşlığa razılıq verib.

Rza Zərrab şahid qismində ifadə verməyə razılaşmadan öncə Türkiyə və Nyu- Yorkdakı vəkillərinə bu məsələni məhkəmədən kənar həll etməyə dair göstəriş verdiyini etiraf edib. “Onlar qanun çərçivəsində əllərindən gələni etdilər,” deyə o, Atillanın vəkili Keti Fleminqin sualına cavab olaraq bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG