Accessibility links

Zeta qasırğası 6 nəfərin ölümünə səbəb olub


ABŞ Milli Qasırğa Mərkəzinın son hesabatında Zetanın saatda 85 km sürətli davamlı küləklərlə Virciniya-Şimali Karolina ştatlarının sərhədindən şimal-şərqə doğru irəlilədiyi bildirilib.

Zeta ABŞ-ın körfəzi sahilindəki Luiziana ştatına 2-ci kateqoriyalı qasırğa olaraq çatıb.

Associated Press xəbər agentliyinin bildirdiyinə görə, New Orleanda yaşayan Vill Arut adlı şəxs böyük bir palıd ağacının yerindən qoparaq evinin bir hissəsinə, sonra da avtomobilinin üstünə düşdüyü zaman bomba partladığını düşündüyünü deyib.

“Buradan keçəndə olduqca intensiv olsa da, bunun baş verəcəyini təxmin etmirdim" - deyə, o bildirib.

Şimali Virciniya və Vaşinqtonda 2-7 santimetr yağış yağacağı gözlənirdi.

Bundan əvvəl küləyin sürəti saatda 175 km olan Zeta Luiziana ştatının Nyu Orleans şəhərinə demək olar ki, birbaşa zərbə vurub. Eyni zamanda Zetanın təsirini şərqdə, Corciya ştatının Atlanta şəhərində də hiss etmək olub.

Qasırğanın azı 6 nəfərin ölümünə səbəb olduğu bildirilib. Associated Press Alabama və Corciya ştatlarında ağacların evlərin üzərinə düşməsi nəticəsində dörd nəfərin öldüyünü bildirib. Corciya ştatının Qvinnet mahalının yanğınsöndürmə idarəsinin işçilərinin verdiyi məlumata görə, ölən iki nəfər ağacın evlərinin üzərinə düşən zaman yataqlarında olub.

Luiziana, Alabama və Mississippi qubernatorları yardım səylərini sürətləndirmək üçün ştatlarında fövqəladə vəziyyət elan edib.
2020-ci ildə Luiziana iki qasırğa və iki tropik fırtına ilə qarşılaşıb.

Zeta bu il Atlantik qasırğa mövsümünün 27-ci, gücünə görə isə 11-ci qasırğadır.

İki həftə əvvəl Delta qasırğası, ondan altı həftə əvvəl isə Laura qasırğası Luiziana ştatında dağıntılara səbəb olmuşdu.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG