Accessibility links

Zeynəb Həmrəng təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb


Zeynəb Həmrəng
Zeynəb Həmrəng

İran təhlükəsizlik qüvvələri Cənubi Azərbaycandan olan mədəniyyət fəalı Zeynəb Həmrəng Seyidbəylinin Tehrandakı evinə basqın edib. Onlar Zeynəb Həmrəngi həbs edərək, naməlum yerə aparıb.

İran Azərbaycanından qaynaqlanan xəbər saytlarının verdiyi məlumata əsasən, təhlükəsizlik qüvvələri yanvarın 14-də axşam saatlarında azərbaycanlı mədəni fəallın evinə basqın edərək onu qızı ilə birlikdə həbs ediblər. Təhlükəsizlik qüvvələri basqın zamanı onun şəxsi əşyaları, o cümlədən kitabları və komputerini müsadirə ediblər. Zeynəb Həmrəngin qızı bir neçə saat sonra sərbəst buraxılıb.

Təqaüdə çıxmış müəllim olan Zeynəb Həmrəng əslən İran Azərbaycanının Muğan bölgəsindəndir, hazırda isə Tehranda yaşayayır.

Mədəniyyət sahəsində fəalliyət göstərən türk fəal Zeynəb Həmrəngin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasından dörd gündən çox vaxtın keçməsinə baxmayaraq, onun nə üçün həbs olunduğu və harda saxlanıldığı məlum deyil.

Zeynəb Həmrəngin ailəsi onun səhhətindən narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG