Accessibility links

Zibil maşınları paytaxtın incəsənət nümunəsinə çevrilir


Zibil maşınları paytaxtın incəsənət nümunəsinə çevrilir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Zibil maşınları paytaxtın incəsənət nümunəsinə çevrilir

Ölkə paytaxtının küçələrinə çıxan zibil və yenidən emal məhsullarını yığan maşınlarının bir çoxunu görməmək çətindir. Onlardan iyirmi beşinin üzərində rəngarəng incəsənət əsərləri, quşlar, çiçəklər və kəpənəklərdən tutmuş abstrakt rəsmlərə qədər var.

Bu, çirkli işdir, lakin bunu kimsə etməlidir. Vaşinqton şəhərinin məhəllələrində işləyən bu sanitariya işçiləri öz işlərini daha xoş etmək üçün zibilyığan maşınlarının üzərində Şelbi adlanan rəngarəng abstrakt rəsmlər çəkirlər.

Sürücü Sanders Rayt: "Maraqlıdır. Bizə diqqət cəlb edir. Diqqəti çox sevirəm.”

Sanders Rayt orijinal sənət əsərinin vinil sürəti həkk olunmuş zibil maşını ilə qürur duyur.

Üzərində incəsənət əsərləri olan zibil maşınları küçələrə beş il öncə çıxıb. Onlar şəhərdə zibil yığılarkən yerli sənətkarların incəsənət əsərlərini nümayiş etdirir.

Orijinal rəsmlər və təsvirlər yük maşınlarına yerləşdiriləcək böyük vinil parçaları üzərinə kopyalanır.

Buranın sakinləri Şelbiləri izləməyi sevirlər.

Rayt bu incəsənət təşəbbüsü başladıqdan bəri insanların daha mehriban olduqlarını, işçilərin adlarını tanıdıqlarını, hətta bəzən onlara şirniyyat da gətirdiklərini söyləyir.

Sanders Rayt: "Bəzi sakinlər və uşaqlar çıxıb bizi gördükdə “Hey, bu gözəl maşındı. Mən o rəsmi sevirəm. Sənin maşınını sevdim.” deməklərini eşitmək gözəl hissdir. Siqnalı basaraq onlara əl edib təşəkkürünüzü bildirirsiniz. "

Vaşinqton sakini: "Düşünürəm ki, maşınların üzərindəki sənət əsərləri çox gözəldi. Bu sənəkarın öz istedadını nümayiş etmək üçün başqa bir fürsətdir."

Rəssam Maykl Krosett də bu sənətkarlar arasındadır.

Maykl Krosett: "Bu, mənim əsərimi zibil maşınının üzərinə həkk edir və mənim əsərim bu ərazilərdə yaşayan müxtəlif icmalar tərəfindən görüləcək ".

Krosett ABŞ Kapitolisinin yer aldığı şəkli original rəsmlərin üzərindən çəkib.

Maykl Krosett: "Əslində bu, təqribən 250 rəsmin birləşməsidir. Sonra o, maşının üzərinə keçirilmək üçün rəsəmsallaşır.”

Rəsm Vaşinqtonun canlılığını göstərir.

Maykl Krosett: "Vaşinqtonun beynəlxalq görünüşü o qədər siyasidir ki, burada yaşadıqda onun nə dərəcədə müxtəlif olduğunu görürsən. Mənim rəsmlərim paytaxtın küçə həyatını və enerjisini özündə əks etdirir.

Kroset hətta rəsmdə olan çirki normal qəbul edir.

Maykl Krosett: "Əsərlərimdə qum və ya beton şəkillərindən istifadə edirəm, Bu rəsmlərimə müəyyən rəng qatır.”

Sərt şərtlər onlara təsir edir və yük maşınları hər iki ildə bir dəfə yenilənir.

XS
SM
MD
LG