Accessibility links

Gənc və işsiz zimbabvelilər yeni dəyişikliklər gözləyir [Video]


Gənc və işsiz zimbabvelilər yeni dəyişikliklər gözləyir
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Zimbabvedə çalışqan, təhsilli gənc insanlar çoxdur. Onların çoxu universitet məzunudur. Amma ölkədə iş çatışmazlığı var. İndi isə hökümətə bu vəziyyəti tezliklə dəyişmək üçün təzyiqlər olunur. Amerikanın Səsi paytaxt Hararenin küçələrində zimbabveli gənclərlə danışıb. Onlar yeni prezidentin vədlərini yerinə yetirməyə və hökümətdəki rəhbərlik vəzifələrinə daha çox gəncləri almağa çağırır.

İnnosent Kaqodoranın yeri bura deyil.

Biz onu vədlərini həyata keçirməyə çağıracağıq. Hər bir vətəndaş, hər bir gənc vədlərin reallığa çevrilməsini gözləyir
Ostallos Siziba

23 yaşlı bu gənc Zimbabvenin ən yaxşı universitetinin siyasi elm fakültəsinin məzunudr. Amma Zimbabvedə artan işsizlik səviyyəsi səbəbilə o buradadır. Çoxları bu vəziyyətə görə keçmiş prezident Robert Muqabeni günahlandırır.

2015-ci ildə məzun olandan bəri o burada hər gün 14 saat boyunca telefon satır. Həmkarları onu Yoldaş Məzun adlandırır. O deyir ki, hər gün 10 dollar qazanır. Bu isə onun atasına yardım etməsi üçün kifayət deyil.

“Atamı ‘oğlum kifayət qədər təhsillidir, amma o ayın sonunda mənim üçün bazarlıq belə edə bilmir” demək çox incidir”, deyə o bildirir.

Yeni prezident Emmerson Mnanqaqva iqtisadiyyatı dirçəldəcəyini deyir. Tələbələr isə onun bu vədini yerinə yetirəcəyindən əmin olmaq istəyirlər.

Prezidentlik vəzifəsinin ilk günündə tələbə liderlər Hararedə toplaşaraq gəncləri gələn il keçiriləcək seçkilərdə iştirak etməyə mobilizə etməyə çalışıb.

“Biz onu vədlərini həyata keçirməyə çağıracağıq. Hər bir vətəndaş, hər bir gənc vədlərin reallığa çevrilməsini gözləyir”, deyə fəal və tələbə təşkilatçısı Ostallos Siziba söyləyir.

Tələbələr deyir ki, onlar nikbindirlər amma liderlərin düşüncə tərzlərini dəyişib, diqqəti keçmişdə əldə olunan triumflara deyil gələcəyə yönəltmələrini istəyirlər.

“Onlar hələ də çıxışlarında azadlıq uğrunda aparılan mübarizədən bəhs edirlər. Mən onların etdiklərini yüksək qiymətləndirirəm. Amma indi artıq bu düşüncələri geridə buraxmaq zamanıdır. Həmin fikirlər hazırda yaşadığımız dünya ilə uyğun gəlmir”, psixologiya tələbəsi Nyaşa Çoqa deyir.

“Ümid edirik ki, yeni hökümət dəyişikliyi ilə hər şey yaxılaşacaq”, deyə siyasi elm fakültəsinin tələbəsi Nadin Msekiva söyləyir.

Onlar həm də onlardan sonrakı gənclərdən narahatdır. Həmin gənclərdən biri 16 yaşlı Advokat Kambeudur. O dərs vaxtı küçədə 11 dollara ayaqqabı satır.

Ümid edirik ki, yeni hökümət dəyişikliyi ilə hər şey yaxılaşacaq
Nadin Msekiva

Advokat deyir ki, məktəb pulunu ödəyə bilsə idi, böyük işlər görərdi.

“Mən siyasətlə məşğul olmaq istəyirəm. Məncə mən bu sahədə istedadlıyam”, o deyir.

Mnanqaqva iddialı iqtisadi islahat proqramı irəli sürüb.

İnnosent, Ostallos, Nyaşa, Nadin və Advokat kimi milyonlarla çalışqan və istedadlı gənc zimbabveli isə onun sözlərinə etibar edir.

XS
SM
MD
LG