Accessibility links

Zimbabve prezidenti Azərbaycanda səfərdə olub


Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycanda işgüzar səfərdə olub.

Azərbaycan prezidentinin rəsmi internet saytının məlumatına görə, yanvarın 19-da Azərbaycan və Zimbabve prezidentləri görüşüb.

Prezident İlham Əliyev Emmerson Mnanqaqvanın səfərini “tarixi səfər” adlandırıb.

“Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik”, Əliyev qeyd edib.

Zimbabve prezidenti deyib ki, arzusu iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir.

“Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”, Mnanqaqva bildirib.

Kimsə yəqin onu inandırıb ki, Azərbaycan zəngin ölkədir və sənə öz kömək əlini uzada bilər. Bizim təzə ləğvetmə-ixtisar siyasətimizdən xəbər tutsaydı, bəlkə də gəlməzdi.
Şahin Cəfərli, politoloq

Politoloq Şahin Cəfərli hesab edir ki, Mnanqaqvanın səfərində məqsəd Azərbaycandan yardım istəmək ola bilər.

“Zimbabve ağır iqtisadi böhran keçirir. Mnanqaqva bir neçə gün əvvəl yanacağın qiymətini kəskin şəkildə artırıb, benzinin litri 1,24 dollardan 3,31 dollara, dizel yanacağının qiyməti isə 1,36 dollardan 3,11 dollara (ABŞ dolları) qaldırılıb. Dözülməz vəziyyətə etiraz edən insanlar küçələrə çıxıb. Lakin hökumət etirazçılara güc tətbiq edib, 5 nəfər ölüb, çoxlu sayda insan həbs olunub”, politoloq Facebook səhifəsində yazıb.

Mnanqaqva 2017-ci ilin noyabrında Robert Muqabenin 37 illik iqtidarına hərbi çevrilişlə son qoyulmasından sonra ölkənin birinci şəxsi olub.

“Lakin daha əvvəl vitse-prezident idi, bu səbəblə ölkənin durumuna görə Muqabe ilə yanaşı, o da məsuliyyət daşıyır. Zimbabve hökuməti 2009-cu ildə rəsmi qərarla öz valyutasından - Zimbabve dollarından imtina edib. Səbəb misli görünməmiş hiperinflyasiya olub. Qiymətlər hər saat, hər dəqiqə artırmış. Vəziyyət o həddə çatıb ki, yeganə çarəni sıradan bir kağız parçasına çevrilmiş milli pulu ləğv etməkdə görüblər. İndi ölkədə ABŞ dolları, Britaniya funtu və digər sabit valyutalar dövriyyədədir.

Kimsə yəqin onu inandırıb ki, Azərbaycan zəngin ölkədir və sənə öz kömək əlini uzada bilər. Bizim təzə ləğvetmə-ixtisar siyasətimizdən xəbər tutsaydı, bəlkə də gəlməzdi”, politoloq qeyd edir.

XS
SM
MD
LG