Accessibility links

Zimbabve prezidenti Azərbaycandadır


Zimbabve prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycana gedib.

AZƏRTAC-ın xəbərinə görə, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb.

Zimbabve prezidentinin Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcəyi və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənir.

Mnanqaqva çərşənbə axşamı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. O, ağır iqtisadi böhran və yanacaq məhsullarının qiymətinin artırılmasına qarşı etirazlar səbəbi ilə baş verən qarışıqlıq dövründə Rusiyadan uzun müddətli kreditlər alacağına ümidli olduğunu bildirib.

Hər iki hökümətin rəsmiləri bir sıra sənədlər imzalayıb.

O, səfəri çərçivəsində Qazaxıstan və Belarusda da olacaq.

Daha sonra onun yanvarın 22-də Davosda keçiriləcək Dünya İqtisadiyyat Forumuna qatılacağı gözlənilir.

Prezidentin səfərindən öncə yüzlərlə zimbabveli yanacaq qiymətlərinin artmasına etiraz olaraq nümayiş keçirib. Etirazçılar hökumətin çökmüş iqtisadiyyatına dair izahat tələb edib.

Yanacaq qiymətlərinin qalxmasını Mnanqaqva ötən həftənin sonu elan edib. Qiymətlərin artımı 200% təşkil edib və artıq yanvarın 13-də bir litr benzinin qiyməti 3.31 ABŞ dolları, dizel yanacağının qiyməti 3,11 dollar həddinə çatıb.

Bazar ertəsi paytaxt Harareyə çoxsaylı əsgər və polis qüvvəsi yerləşdirilib. Nümayişlər ölkənin ikinci böyük şəhəri Bulavayoda da keçirilib.

Nümayişlərin dağıdılması üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Hökumət isə qiymətlərin artımının insanların yoxsulluğuna səbəb olduunu etiraf edib. Ölkə rəhbərliyi hökumətin əlindən gələni etdiyini bəyan edib.

Son həftələr bəzi hökumət işçiləri maaşlarının dollarla ödənilməsini və ya məvaciblərinin qaldırılmasını tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG