Accessibility links

Robert Muqabe səhhəti ilə bağlı Sinqapurdadır


Zimbabvenin sabiq prezidentinin sözçüsü bildirib ki, Robert Muqabe tibbi müayinə səbəbilə Sinqapurdadır.

Muqabe cümə günü Sinqapurda yerləşən tibbi müəssisəni tərk edərkən görülüb. 93 yaşlı sabiq prezident 37 illik hakimiyyətindən sonra keçən ay vəzifəsindən uzaqlaşdırılan bəri ictimaiyyət arasında görünməmişdi.

Muqabe qəddar repressiyalarda və Zimbabvenin iqtisadiyyatının bərbad vəziyyətə salmaqda ittiham edilir. Səhhətinin getdikcə zəiflədiyi hiss edilən Muqabe prostat xərçəngi ilə mübarizə aparıb.

Muqabe partiyasının bu cümə Hararedə keçiriləcək qurultayında iştirak etməyəcək. Qurultayda onu prezident vəzifəsində əvəz edən Emmerson Mnanqaqvanın növbəti seçkilərdə partiyanın namizədi kimi təsdiq ediləcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG