Accessibility links

Zimbabvedə quraqlıq qida çatışmazlığına gətirib çıxarır


Zimbabvedə quraqlıq qida çatışmazlığına gətirib çıxarır
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Zimbabvenin quraqlığa meylli cənub-qərb regionu qida çatışmazlığı ilə üzləşir, çünki orada dolanışığın əsas gəlir mənbəyi olan mal-qara həyatda qalmaqda çətinlik çəkir və su axtarışında uzun məsafələr qət edir. Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı bildirir ki, Zimbabvedə qida çatışmazlığının qarşısını almaq üçün 75 milyon dollara ehtiyacı var, lakin onlar hələ ki, bu pulun üçdə birini alıblar.

Donorlar gəlib bəndi təmir edəcəklərini deyir, amma gəlmir. Onu gəlib düzəldəcək heç kim yoxdur. Burada su qurtaranda biz daha uzun məsafə gedib, mal-qara üçün su toplamalıyıq
Lina Mlaqa

Hararedən təxminən 600 kilometr cənub-qərbdə yerləşən Matopos Matabeleland regionunun bir hissəsidir. Orada az yağışlar səbəbilə məhsullar adətən xarab olur. Bu quru regiondakı heyvanlar təkcə zənginlik əlaməti deyil, həm də dolanışıq mənbəyidir. Onlar taxıl, xüsusilə də Zimbabvenin əsas yeməyi sayılan sadzanın hazırlanmasında istifadə olunan qarğıdalı müqabilində başqalarına satılır.

Mabiqve su anbarı quruduğu üçün çobanlar heyvanlarla birgə su axtarır.

“Donorlar gəlib bəndi təmir edəcəklərini deyir, amma gəlmir. Onu gəlib düzəldəcək heç kim yoxdur. Burada su qurtaranda biz daha uzun məsafə gedib, mal-qara üçün su toplamalıyıq”, çoban Lina Mlaqa bildirir.

Bəziləri axarların kənarında torpağı qazıb, su çıxarır, lakin 29 yaşlı bu gənc deyir ki, quru mövsüm yaxınlaşdığı üçün, bəzi dayaz su qaynaqları quruyur.

“Bu ilki quraqlar çox sərt idi. Bizim mal-qara ölür, çünki içmək üçün kifayət qədər su yoxdur. Biz mal-qaranın həyatda qalması üçün uzun məsafələr qət edirik. Biz hökümətə müdaxilə etməsi və su problemini həll etməsi üçün müraciət edirik. Hökümət bizim bəndimizi təmir etməlidir. Amma biz onları hələ ki, görməmişik. Biz sizi görürük və ümid edirik ki, siz bizim mesajımızı onlara çatdıracaqsınız” – deyə, çoban Mpumelelo Dungeni bildirir.

Ən yaxın şəhər Bulavayoda prezident Emmerson Mnanqaqvanın hökümətinin rəsmiləri bizi kəndlilərə kömək edən yardım təşkilatlarına yönəltdi.

Zimbabve
Zimbabve

Dünya Ərzaq Proqramı növbəti altı ay ərzində Zimbabvenin “yavan mövsümündə” ərzaq çatışmazlığının qarşısını almaq üçün 75 milyon dollara ehtiyacının olduğunu bildirir. USAID-in Sülh Üçün Qida proqramı onlara 22 milyon dollar verib. Onlar bildirir ki, hazırda ərzaq çatışmazlığına səbəb Zimbabvenin bəzi hissələrində 2017-2018-ci illərdə yağış mövsümünün quru keçməsi olub.

“Hazırda Zimbabvedə kənd əhalisinin 28 faizi 2018-2019 kənd təsərrüfatı ilində qidaya çıxış baxımından çox çətin vəziyyətdədir. Bu isə o deməkdir ki, 2.4 milyon insan imkanları çatmadığı, ala bilmədikləri və ya istehsal edə bilmədikləri üçün yeməksiz qalacaq”, Dünya Ərzaq Proqramının Zimbabve üzrə direktoru Eddi Rou söyləyir.

Dünya Ərzaq Proqramı 2019-cu ilin may ayınadək davam edəcək bu “yavan mövsüm” ərzində ən böyük ərzaq çatışmazlığı problemlərini həll etməyə çalışır.

XS
SM
MD
LG