Accessibility links

Zimbabvelilər iqtisadi tənəzzüllə bağlı qəzəblərini dilə gətirir


Zimbabvelilər iqtisadi tənəzzülə görə qəzəblərini dilə gətirir
please wait

No media source currently available

0:00 0:03:38 0:00

Zimbabve iqtisadiyyatı mücadilə etməyə davam edir, xüsusilə də hələ də sabiq prezident Robert Muqabeninin 2000-ci illərin əvvəllərində tətbiq etdiyi torpaq islahatı proqramının təsirlərinə məruz qalan kənd təsərrüfatı sektoru. Fermerlər məyusdurlar və şənbə günü Muqabenin anadan olduğu və hakim ZANU-PF partiyasının nəhəng dəstəyə malik olduğu Çinhoyi şəhərində məyusluqlarını nümayiş etdiriblər.

Hararedən təxminən 120 kilometr şimal-qərbdə Çinhoyi şəhərinə ZANU-PF nəzarət edir və orada hər zaman hökümətin lehinə bəyanatlar səslənir.

Ehtiyat Bankı parallel bazar yaratmır. Parallel bazara və ya qara bazara çatışmazlıq səbəb olur. Buna görə də, biz sərt iqtisadi tədbirlər görürük. İstehsal artdığı an isə parallel bazarı öldürürük. Biz təxminən 20 ildir heç bir inkişafın olmadığını nəzərə almalıyıq.
Ziyambe Ziyambe

Lakin şənbə günü mənzərə fərqli olub. Fermerlər orada zəifləyən iqtisadiyyatı gücləndirmədiyi üçün prezident Emmerson Mnanqaqva hökümətinə açıq qəzəblərini ifadə edib.

Əksəriyyətinin ağdərililərdən ibarət olan Zimbabve Kommersiya Fermerləri Birliyinin keçmiş lideri Doq Teylor Frim nümayiş zamanı çıxış edənlərdən biridir.

“Prezident hakimiyyətə gələndə belə bir çağırış etdi: ‘bütün maliyyə qurumları Zimbabveyə gəlib buraya sərmaye qoysun’... Onun bütün dünyanı dolaşıb pul axtarmasına ehtiyac yoxdur. Pul buradadır. Bizim sadəcə olaraq düzgün təhlükəsizlik tədbirləri görmək üçün doğru sənədlərə ehtiyacımız var. Və mən söz verirəm ki, bir gecədə böyük dəyişiklik olacaq”, o deyib.

Frim doğru sənəd deyəndə fermerləri torpaqları üzərində qanuni haqlar ilə təmin etməkdən bəhs edir. Ağdərili kommersiya fermerlərinin əksəriyyəti 2000-ci illərin əvvəlində hökümət tərəfindən torpaqlarından qovularaq, qaradərili kəndli fermerlərlə əvəzlənib.

Bu yeni fermerlərin orada qalmalarına icazə veriləcəyinə dair heç bir zəmanət yoxdur və onların bankdan kredit götürə bilmələri üçün qoyacaqları girovları da yoxdur. Frim iddia edir ki, bunlar olmadan fermalar məhsuldar ola bilməz.

Tütün fermeri Ronni Masanqo kimi bəziləri mövcud vəziyyətə görə Zimbabvedə xroniki nağd pul çatışmazlığını günahlanıdırır. Ölkə illər öncə yararsız dollarından istifadəni dayandırandan sonra xarici valyutadan asılıdır, lakin ölkədə kifayət qədər xarici valyuta yoxdur.

Masanqonun sözünə görə, Zimbabvenin Ehtiyat Bankı nağd pul çatışmazlığına çarə tapmadığı və yerli valyutanın dəyərini artırmağa çalışmadığı təqdirdə vəziyyət düzəlməyəcək.

“Bizə deyilib ki, xarici valyutanın qanunsuz alış-verişinə görə 10 illik həbs cəzası tətbiq olunur. Bu qanun hələ də qüvvəyə minməyib? Biz nağd pulun küçələrdə deyil, banklarda olmasını istəyirik. Bizim iqtisadi problemlərimizin mənbəyi qara bazardır. Korrupsiya orada başlayır”, o söyləyib.

Doq Teylor Frim
Doq Teylor Frim

Hökümət sabiq prezident Muqabenin 38 illik hakimiyyəti altında yaranan tənəzzülü aradan qaldırmaq üçün prezident Mnanqaqvanın sözlərinə görə, “rifah üçün sərt iqtisadiyyat” tədbirləri gördüyü zaman insanları səbrli olmağa çağırır.

“Ehtiyat Bankı parallel bazar yaratmır. Parallel bazara və ya qara bazara çatışmazlıq səbəb olur. Buna görə də, biz sərt iqtisadi tədbirlər görürük. İstehsal artdığı an isə parallel bazarı öldürürük. Biz təxminən 20 ildir heç bir inkişafın olmadığını nəzərə almalıyıq”, Zimbabvenin Ədliyyə Naziri Ziyambi Ziyambi bildirib.

Zimbabvenin Ehtiyat Bankının vətəndaşları və Ronni Masanqo kimi fermerləri iqtisadiyyatı stabilləşdirəcəyinə inandıra bilib-bilməyəcəyi bəlli deyil. Yanvar ayında yanacaq qiymətləri artanda ölkə boyu nümayişlər keçirilmişdi. Müxalifət isə vəziyyət düzəlmədiyi təqdirdə daha çox etirazların olacağına işarə edib.

XS
SM
MD
LG