Zimbabve prezidenti vəzifəsinin icrasına başlamasına bir gün qalmış Emerson Mnanqaqva xalqına ölkədə tərəqqinı birlik yolu ilə həyata keçirəcəyinə söz verib.
Sürgündən qayıdan cənab Mnanqaqva xalqa müraciətini çərşənbə günü, prezident Robert Muqabenin istefasını elan etməsindən bir gün sonra edib.
"Mən vətənpərvər zimbabveliləri birliyə, bir yerdə çalışmağa çağırıram. Heç kim digərindən mühüm deyil, biz hamımız zimbabveliyik" deyə, cənab Mnanqaqva bildirib.
Zimbabve parlamentinin spikeri Emerson Mnanqaqvanın prezidentlik vəzifəsinin icrasına başlaması üçün cümə günü and içəcəyini deyib.