Accessibility links

Ziya Məmmədov: 2014-cü ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolunda sınaq qatarı buraxılacaq


Xəzər Forumu
Xəzər Forumu

İstanbulda Xəzər Forumu keçirilir

İstanbulda Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı və SOCAR, bp, TPAO şirkətlərinin dəstəyi ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji və kommunikasiya layihələri müzakirə olunub.

Azərbaycan Nəzqliyyat Nazirliyinin rəsmi saytının məlumatına görə, III Xəzər Forumu çərçivəsində “Xəzər tranzit dəhlizi: İpək Yolunun yenidən bərpası” mövzusunda panel təşkil olunub.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin tarixi İpək Yolunun yenidən bərpasında əhəmiyyətini vurğulayıb.

“Azərbaycan Qafqazdan keçən bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Ticarət Limanın inkişafını qeyd etmək istərdim”. Hazırda tikintisi davam etdirilən bu limandan ilk vaxtlar 10 mln. ton yük daşınancaq, daha sonra isə bu rəqəm 25 mln. tona çatdırılacaq”.

Nazir bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın birgə əməkdaşlığının məntiqi davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası sürətlə davam etdirilir.

“2014-cü ilin sonunda ilk sınaq qatarının buraxılması nəzərdə tutulub. Bu Avropa ilə Asiyanı birləşdirən yeni birbaşa dəmir yolu bağlantısının yaranmasını təmin edəcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG