Accessibility links

Zöhrab İsmayıl: Siyasi ambisiyası olan müxalifət partiyaları istənilən formada keçirilən seçkidə iştirak etməlidir


Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. REAL Partiyasının Məclisinin üzvü, iqtisadi təhlilçi Zöhrab İsmayıl seçkiqabağı mühitdən və REAL-ın partiya olmaq qərarından bəhs edib.

İqtisadçı Azərbaycan hökümətinin artıq neçə ildir ölkədə azadlıqları məhdudlaşdırdığını və bu ilki seçkinin də məhz bu şəraitdə keçirildiyini deyib. O, seçki kampaniyasını İlham Əliyevin kampaniyası adlandırıb, çünki onun sözlərinə görə, prezidentliyə bir neçə namizəd olsa da, onlar elə prezident Əliyevin seçki taktikasının bir hissəsidir.

Hakimiyyət bilirdi ki, seçkini vaxtından tez keçirsə, ənənəvi müxalifət seçkiyə qatılmayacaq və boykot yolunu tutacaq. Belə görünür ki, hakimiyyətin əsas məqsədi alternativsiz bir seçki keçirmək idi və ona da nail oldu.
Zöhrab İsmayıl

Zöhrab İsmayıl hakimiyyətin seçkiləri növbədənkənar keçirmək qərarını bir neçə səbəblə izah edib. İlk olaraq o deyib ki, Azərbaycanda hakimiyyət daxilində qruplar mövcuddur və bu qruplar arasında anlaşılmazlıqlar var və siyasi mübarizə prosesi gedir. Belə ki, vitse-prezident Mehriban Əliyevin ətrafı onu prezident olaraq görmək istəyirdi və seçkinin oktaybrdan aprelə keçirilməsinin məqsədi də elə məhz buun qarşısını almaq idi.

İkinci səbəb olaraq, Zöhrab İsmayıl hakmiyyəytin böhranla üzləşməsini göstərib. O deyib ki, “ölkədə siyasi böhran var, hətta elementar kadrların dəyişdirilməsi baş vermir və ölkədə elə bir sistem var ki, hər şey çürüyür. Burada da seçkiöncəsi kimlərisə postlarından çıxarmaq mümkün deyil, seçkini gözləmək lazımdır. Bu da yarım ildən daha uzun bir vaxt tələb edir. Ona görə də onlar bunu bir qədər tez etmək istəyib.”

Zöhrab İsmayıl deyib ki, seçkilərin növbədənkənar keçirilməsinin bir digər səbəbi olaraq o, İlqar Məmmədovu görür. Belə ki, Avropa Şurası və Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərar çıxarıb və Azərbaycan hökümətini ya onu azad etməlidir, ya da Avropa Şurasından çıxarıla bilər. Bu səbəbdən də, onun fikrincə, Azərbaycan hakimiyyəti İlqar Məmmədovun seçkidə iştirak etməsinin qarşısını almaq üçün seçkini önə alıb, daha sonra İlqar Məmmədovu azadlığa buraxmağı düşünüb.

Son olaraq o, bunun səbəbini ənənəvi müxalifəti hazırlıqsız tutmaq istəyi ilə izah edib. “Hakimiyyət bilirdi ki, seçkini vaxtından tez keçirsə, ənənəvi müxalifət seçkiyə qatılmayacaq və boykot yolunu tutacaq. Belə görünür ki, hakimiyyətin əsas məqsədi alternativsiz bir seçki keçirmək idi və ona da nail oldu.”

Zöhrab İsmayıl REAL və digər partiyaların seçkidə iştirak etməmək qərarına da toxunub. O deyib ki, REAL-ın seçkidən imtina qərarı məcburi verilmiş bir qərar olub, çünki onların lideri həbsdədir.

“Əgər REAL-ın sədrinin hüquqi cəhətdən bu prosesdə iştirak etmək imkanı olsa idi, sözsüz ki, REAL bu seçkidə işirak edərdi.”

O deyib ki, Milli Şura və AXCP artıq bir müddətdir ki, bu cür proseslərdə iştirak edirlər, amma Müsavat iştirak etməi planlaşdırırdı, lakin seçkinin növbədənkənar keçirilməsi qərarı verildiyi üçün, onlar hazırlıqsız idi və onlar da imtina etmək qərarı verib.

İndiki hakimiyyət REAL-ı partiya olaraq görmək istəmir, amma biz artıq bunu reallaşdırdıq. Respublikaçı Alternativ artıq partiyadır, onun sədri seçilib, məclisi seçilib və yaxın zamanlarda idarə heyəti seçiləcək.
Zöhrab İsmayıl

“Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, ölkədə siyasi ambisiyası olan, siyasi proseslərdə iştirak etmək iddiasında olan müxalifət partiyaları istəlinən formada olan seçkidə iştirak etməlidir. Yəni onların seçkidən kənarda qalmasından yalnız hakimiyyət faydalanır, onlar heç bir əziyyət çəkmədən hakimiyyətdə qalmağı təmin edir.”

REAL-ın partiya olmaq qərarın gəldikdə Zöhrab İsmayıl deyib ki, onlar artıq 2 il bundan öncə hərəkatı partiyaya çevirməyi planlaşdırırlar, çünki REAL hərəkatdır, rəsmiləşdirilmiş regional strukturları yoxdur, qərarverici orqanı formalaşmayıb və belə şəraitdə siyasi fəaliyyət göstərmək çətin idi. Lakin bu proses bəzi səbəblərdən dolayı uzanıb. Əsas səbəb olaraq isə Zöhrab İsmayıl, REAL-ən qurultay keçirmək üçün məkan kiralaya bilməməsini qeyd edib. Belə ki, onlar hər yerdən mənfi cavab alıblar və ən sonunda onlayn, offlayn formatında qurultay keçirməyə qərar veriblər.

"İndiki hakimiyyət REAL-ı partiya olaraq görmək istəmir, amma biz artıq bunu reallaşdırdıq. Respublikaçı Alternativ artıq partiyadır, onun sədri seçilib, məclisi seçilib və yaxın zamanlarda idarə heyəti seçiləcək".

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG