Accessibility links

"Zootopia" cizgi filmi güneydə türk dilinə dublyaj edilib


İran Azərbaycanında mədəni fəallar və sənətkarların təşkil etdiyi “Bilim Səsi” qrupu dünyanın ən çox satılan cizgi filmlərindən olan "Zootopia" filminin türkcə dublyajını hazırlayıb.

"Bilim Səsi" qrupu Zootopia ya “Heyvanlar Şəhri” cizgi filmini İran Azərbaycanından əlavə ölkənin digər bölgələrində yaşayan türklərin də anlayacağı şəkildə səsləndirib.

Filmi izləmək istəyənlər onu onlayn şəkildə Aparat şirkətinin Filimo xidmətinin App və ya saytından satın ala bilərlər.

Bir qrup türk fəal, sənətçi və ekspertlərin təşkil etdiyi Bilim Səsi qrupu bir neçə ildir sağlıq, tarix, sənət, təhsil, elm və texnologiya mövzularında türkcə videolar hazırlayıb və nəşr edir.

Dublyaj işində Mehdi Lütfi-Azad dubliyaj müdiri, Əli Mütərcimi tərcümə işləri və layihə müdiri olaraq, həmçinin 10-dan artıq sənətçi, o cümlədən Pərinaz Səxayi, Əli Yavəri, Lalə İmani və Yaşar Muşirfər səsləndirmə sənətçiləri kimi iştirak ediblər.

Bir qrup türk fəal, sənətçi və ekspertlərin təşkil etdiyi Bilim Səsi qrupu (http://bilimsesi.com) bir neçə ildir sağlıq, tarix, sənət, təhsil, elm və texnologiya mövzularında türkcə videolar hazırlayıb yayır.

Qrup son zamanlarda həmçinin bəzi məşhur cizgi filmlərini səsləndirməyə başlayıb.

İran Azərbaycanından əlavə, Tehran, Qaşqay Eli və Xorasan kimi bölgələrdə yaşayan türklər də "Bilim Səsi" qrupunun videolarına rəğbət göstərirlər.

"Zootopia" filminin satışı Şimali Amerika və digər ölkələrdə bir milyard dolları ötüb. Walt Disney Pictures şirkətinin filmi Avropa ölkələrində "Zootropolis" adı ilə nümayiş etdirilib.

XS
SM
MD
LG