Accessibility links

Tramp sanksiyaları pozan Çin şirkətinə ABŞ-da fəaliyyət göstərməyə icazə verir


Tramp administrasiyası Çinin telekommunikasiya nəhəngi olan ZTE şirkətinə Birləşmiş Ştatlarda fəaliyyət göstərməyə icazə verir. Şirkətin ABŞ sanksiyalarını pozmaqda ittiham edilməsindən sonra ölkə ərazisində fəaliyyəti qadağan edilmişdi. Bu isə ZTE-nin qapanması ilə nəticələnə bilərdi.

ABŞ Ticarət Nazirliyi aprel ayında ZTE şirkətinə ixracı dayandırmışdı. Buna səbəb ZTE şirkətinin İran və Şimali Koreya kimi ölkələr daxil olmaqla, ABŞ-ın ticarət embarqosu tətbiq etdiyi ölkələrə telekommunikasiya məhsullarının satışı ilə məşğul olduğu aşkar edilməsi idi.

ZTE artıq yuxarı menecmenti işdən azad edib və direktorlar şurasını yeni üzvlər əvəzləyib. Bu, ABŞ-da yenidən fəaliyyət göstərmək üçün qoyulan tələblərdən biri idi.

Şirkətin yerinə yetirməli olduğu digər öhdəliklər arasında 1 milyard dollar məbləğində cərimə və gələcəkdə potensial cərimələrin ödənilməsi üçün 400 milyon dollarlıq zəmanətin ödənilməsi var.

Prezident Donald Tramp ZTE-nin köməyinə gələrək, çoxlu sayda çinlilərin iş itirdiyini deyib.

Respublikaçı və demokrat qanunvericilər Trampın səylərini tənqid edirlər və ZTE-nin Şimali Koreya və İran ilə ticarətini ABŞ milli təhlükəsizliyinin pozuntusu olduğunu bildiriblər.

Eyni zamanda qanunvericilər prezidentin çinlilərin iş itirməsi ilə bağlı narahatlığından çaşqın vəziyyətdədirlər. Belə ki, prezident dəfələrlə Çini ABŞ-ın iş yerlərini oğurlamaqda günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG