Accessibility links

Mark Zukerberq Roma Papası ilə görüşüb


Mark Zukerberq İtaliyada Roma Papası ilə görüşüb.

Bəli, Facebook təsisçisi Mark Zukerberq və onun həyat yoldaşı Prisilla Çan Romada olan zaman Papa Fransislə görüş keçirib.

Rəsmi geyinməyi sevməyən Zukerberq onunla görüşə geyinib keçinib. Görünür Vatikanda geyim etiketi Silikon Vadisindəkindən daha ciddidir.

Zukerberq və Roma Papasının nə danışdıqlarını demək çətindir. Hər halda Wikipedia-ya istinadən Zukerberq yəhudi ailəsində böyüyüb və sonra dinindən dönüb və ateist olub. Ona görə də onlar arasındakı söhbət bizim üçün qaranlıqdır.

Amma Papa Fransisin rəsmi olaraq Tviter hesabı var. Kim bilir, bəlkə Zukerberq onun facebook hesabı da açması üçün dilə tutmaq istəyir

XS
SM
MD
LG