Accessibility links

Aslan İsmayılov: Abdullayevin videosunda hakim Zülfiqarlı qardaşlarını günahı olmadan həbs etdiyini etiraf edib [Audio]


Vəkil Aslan İsmayılov
Vəkil Aslan İsmayılov

Qardaşların 50 milyon manat dəyərində olan mülkiyyətləri əlindən alınıb. Məhkəmə hüquqlarını bərpa etmir

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev Nərimanov rayon məhkəməsini sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi Ağababa Babayevlə söhbətinin sosial şəbəkələrdə yayılan videosunda hakim etiraf edir ki, Zülfiqarlı qardaşlarından 5 milyon manat rüşvət alınıb və bunun müqabilində azad buraxılıb. Zülfiqarlı qardaşlarının həm də 50 milyon dəyərində olan şəxsi mülkiyyəti əlindən alınıb. Bu video görüntünü də sənədlərə daxil edərək yenidən Baş Prokurora müraciət etmişəm. Bu barədə Zülfiqarlı qardaşlarının vəkili Aslan İsmayılov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Vəkil Aslan İsmayılovla müsahibə
please wait

No media source currently available

0:00 0:06:24 0:00
Direct link

Vəkil indiyədək dəfələrlə hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət etdiyini bildirib. O qardaşların mülkiyyətinin alınmasında yüksək vəzifəli dövlət məmurları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun maraqlarının dayandığını deyib.

“Dəfələrlə Zülfiqarlı qardaşlarının şəxsi mülkiyyətinə qarşı hücumların qarşısının alınması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik, tədbir görülməyib. 2005-cı ildən başlayaraq dəfələrlə baş prokurora müraciət etmişəm. Azərbaycanın 44 qeyri hökumət təşkilatı, Avropa Parlamentinin vitse-prezidenti də daxil olmaqla 11 deputatı hökumətə müraciət edib. Nəticəsi olmayıb. İndi Ali Məhkəməyə müraciət etmişik. Ali Məhkəmə də cavab verməzsə bir ay ərzində Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik”.

A.İsmayılov deyib ki, hakim Zülfiqarlı qardaşları barəsində günahları olmadan həbs qəti imkan tədbiri seçdiyini etiraf edir.

“Zülfiqarlı qardaşlarının üzünə Afət Əliyeva adlı bni qadın qoymuşdular ki, guya ondan pul tələb ediblər. Ancaq 4 aylıq məhkəmə dövründə həmin qadını məhkəməyə çıxarmadılar. Bundan sonra həbsdə olan qardaşların mülkiyyətinin 80 faizini bir gündə sənədləşdirərək əlindən aldılar. Bir gündə əmlakın alış-verişi ilə bağlı guya səkkiz əməliyyat keçirilib Hansı ki, hər əməliyyat üçün azı bir gün vaxt lazım idi. O qədər qarıxıblar ki, sənədlərə adına özəlləşdirdikləri müəssisənin deyil, digər bir müəssisənin möhürünü vurublar”, - vəkil qeyd edib.

Xatırladaq ki, bir neçə il öncə Zülfiqarlı qardaşlarının özəlləşdirdiyi Bakı Poladtökmə və Bakı Elektroştamp zavodları, Elnur və Loğman Zülfiqarlı qardaşlarının mülkiyyətində olan iki böyük tikinti əllərindən alınıb. Qardaşlar 2005-ci ildə həbs edilib. Sonradan azad buraxılan Zülfiqarlı qardaşları yenidən həbs ediləcəkləri ilə hədələnib və Türkiyəyə qaçıb.

Aslan İsmayılov Azərbaycan məhkəmələrində Zülfiqarlıların işi ilə bağlı çoxsaylı iddia qaldırıb. Məhkəmələr qardaşların pozulmuş mülkiyyət hüquqlarını bərpa etməyib.

O zavodların qardaşların əlindən alınmasını yüksək vəzifəli məmurların biznes marağı ilə əlaqələndirir.

“Zülfiqarlı qardaşları zavodları alanda çəmi 100 nəfər işçisi var idi. Çoxlu miqdarda işıq, su, qaza görə borcları olub. Qardaşlar bütün borcları ödəyib, böyük yatırım qoyub. Zavodların işçi qüvvəsi 3 500 nəfərə çatıb. Sadəcə zavodlar gəlir gətirəndə əllərindən alınıb”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG