Accessibility links

Zəyifləmiş Earl qasırğası Şimali Karolina sahillərindən şərq sularına istiqamət alır


On minlərlə insan Şimali Karolina adalarından evakuasiya edilib, lakin bəzi sakinlər fırtınanı evlərində qarşılamağa qərar verib

Earl qasırğası Şimali Karolina sahillərindən keçərək , ABŞ-ın şərq bölgəsinin böyük hissəsinə yağmurlar və güclü küləklər gətirir. ABŞ sinoptikləri güclü küləklə müşayiət edilən zəyifləmiş Earl qasırğasının Şimali Karolina sahillərindən şərq sularına istiqamət aldığını bildirir. Hazırda birinci kateqoriyalı qasırğanın saatda 140 kilometr küləklə müşayiət edildiyi və Şimali Karolinada, Keyp Hətterasın şərq sahillərinin 280 kilometrlikdə olduğu bildirilır. On minlərlə insan Şimali Karolina adalarından evakuasiya edilib. Lakin bəzi sakinlər fırtınanı evlərində qarşılamağa qərar verib. Qasırğa və tropik fırtına xəbədarlığı orta-Atlantik sahillərindən Meynə qədər qüvvədədir. Şimali Karolina, Virginia, Merilənd və Massaçussettsdə fövqəladə vəziyyət elan edilib.

XS
SM
MD
LG