Accessibility links

Keyt Vinslet Hollivudun şərəf alleyasına öz ulduzunu əlavə edib


Keyt Vinslet Hollivudda şərəf alleyasında məşhurların ulduzları sırasına öz ulduzunu əlavə edib. Amma belə bir şərəfli gün qeyri adi startla yadda qalıb.

Ulduz üçün belə bir mühüm gündə Los Anceles şəhərində 4.4 bal gücündə zəlzələ baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Görünür pərəstişkarları aktrisanın şərəfinə keçirilən bu mərasimdən uzaq tutmaq üçün zəlzələ kifayət deyil. Aktrisa özü yenicə dünyaya gəlmiş körpəsi Bear Vinsletlə bərabər mərasimdə iştirak etmək üçün İngiltərədən 11 saat təyyarə ilə səyahət edib. Amma nədənsə körpə mərasimdə gözə dəymir.

Keyt Vinsleti belə bir şərəfə layiq görülməsində onun "Titanik", "Pak Əqidənin Daim Şəfəq Saçması" və "İnqilab Yolu" kimi filmlərdə yaratdığı rollar olub
XS
SM
MD
LG