Ukrayna Ali Məhkəməsi sabiq baş nazir Yuliya Timoşenkonun həbc cəzası ilə bağlı kassasiya şikayətini rədd edib. Hakim onun məhkum edildiyi 7 illik həbs cəzası hökmünü qüvvədə saxlayıb.
Xanım Timoşenkonun bəzi tərəfdarları məhkəmədə hökm oxunan zaman "Utanın!" deyə qışqırıblar. Avropa Birliyi hökmü tənqid edib.
2011-ci ilin oktyabrın 11-də Kiyevin Peçyora Rayon Məhkəməsi Yuliya Timoşenkonu 7 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə sabiq baş naziri 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən vəzifə səlahiyyətlərini aşaraq Ukrayna dövlətinə təqribən 187 milyon dollar zərər vurmaqda təqsirli bilib.