ABŞ Dövlət Departamenti: Annanı bir jurnalist və insan ləyaqəti uğrunda mübariz kimi anırıq

Anna Politkovskayanın ölümündən altı il keçir

Oktyabrın 7-i Rusiyada tanınmış jurnalist Anna Politkovskayanın qətlindən altı il keçir. ABŞ Dövlət Departamenti Anna Politkovskayanın qətlinin altıncı öldünümü ilə əlaqədar bəyanat verib.

Dövlət Departamentinin sözçüsü Viktoriya Nulandın açıqladığı bəyanatda deyilir ki, altı il bundan əvvəl tanınmış jurnalist Anna Politkovskayanın ölümü ilə Rusiya xalqı həqiqəti qorxmadan söyləyən bir şəxsi itirmişdir.

“Bu gün biz Annanı bir jurnalist, həm də insan ləyaqəti uğrunda bir mübarizə kimi xatırlayırıq. Ədalət onun ölümündə əli olanların hamısının adları məlum edilib cəzalandaırılmayana qədər bərpa olmayacaq. Biz bu təhqiqat və Moskvada səkkiz il bundan əvvəl güllə ilə vurulub öldürülmüş amerikalı pol Xlebnikovun işi kimi başqa işlərin gedişini izlməyə davam edəcəyik. Bütün dünyada hakimiyyətdən sui-istifadəyə qarşı çıxan və öz vətəndaşlarının fundamental azadlıqlarının təmin edilməsi uğrunda iş aparan bütün jurnalistlər müdafiə olunmalıdır”-deyə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.