Suriyadan son şəkillər

Hələb şəhərinin şimal-şərqində yerləşən Karm əl-Cəbridə artilleriya atəşinə məruz qalmış binadan tüstü çıxır. 19 oktyabr, 2012.

Homs yaxınlığındakı Hula şəhərində cümə namazının ardınca Suriya prezidenti Bəşar əl-Əsəd əleyhinə  aksiyada nümayişçilər müxalifət bayraqları və şüarlar dalğalandırır. 19 oktyabr, 2012.

Ukraina prezidenti Viktor Yanukovich 6-fevral kuni Kiyevda AQSh Davlat kotibi muovini Viktoriya Nuland bilan uchrashdi.... Kuni kecha YouTubega qo'yilgan audio yozuvda Nuland xonim va Amerikaning Ukrainadagi elchisi Jeff Payet orasidagi muloqot aks etgan. Unda AQSh Davlat kotibi muovini Yevropa Ittifoqini so'kkan. Shuningdek, Ukraina muxolifati Yanukovich bilan murosa qilishi shart emas degan qabildagi gaplar yangragan.

Homsun Baba əl-Əmr məhəlləsində Suriya ordusunun bombardmanı nəticəsində dağılmış evlər.  18 oktyabr, 2012.

Azad Suriya Ordusunun əsgəri Hələb şəhərində Suriya rejiminin banisi Hafiz əl-Əsəd və oğlu Bəşar əl-Əsədin şəkillərini zibilliyə atır.  17 oktyabr, 2012.

Ailə Hələbdəki döyüşlərdən qaçır. 18 oktyabr, 2012.

Sakinlər Suriya təyyarələri tərəfindən bombardman edilən Kfar Nebel şəhərində dağıntıların altında qalmış adamları xilas edirlər. 17 oktyabr, 2012.

Azad Suriya Ordusunun üzvləri İdlib vilayətində Bəşar əl-Əsədə sadiq qüvvələr tərəfindən öldürülmüş Ammar İbrahim Reslanın cənazəsini aparırlar.  16 oktyabr, 2012.

Suriyalı qadınlar Tarafat kəndində tarlada işləyirlər.  Hələb üsyanı Suriyanın başqa vilayətlərindən fərqli olaraq şəhərdə yox, kəndlərdə başladı.  14 oktyabr, 2012.

Azad Suriya Ordusunun əsgərləri Hələbin Bustan əl-Başa məhəlləsində cəbhə xəttində. 15 oktyabr, 2012.