Nyu-Yorkun Bruklin rayonunda yaşayan azərbaycanlılar

Your browser doesn’t support HTML5

Nyu-York şəhəri beş rayondan ibarətdir: Manhattan, Bronks (Bronx), Quinz (Quinns), Staten Aylend (Staten Island) və Bruklin (Brooklyn). ABŞ-ın Nyu-York şəhəri əsasən əzəmətli binaları, səs-küylü həyat tərzi ilə tanınır. Ancaq əslində, bu əzəmətli binaların böyük əksəriyyəti və qeyri-adi əyləncələrin çoxu Manhattan rayonundadır. Bruklin isə Nyu-Yorkun Rus məhəlləsi kimi tanınır. Üzərindən qatarlar keçən bu qaranlıq məhəllə rus rayonu kimi tanınsa da, burada keçmiş Sovet respublikalarından, hətta Türkiyədən insanlar yaşayır və fəaliyyət göstərir.