Cənubi Koreya qrupu şimala ərzaq yardımı göndərir

Cənubi Koreyalı vətəndaş cəmiyyəti qrupu Şimali Koreyanı həmin ölkədə böyük ehtiyac duyulan dərman və paltarlarla təchiz etməyə başlayıb.

Hökumət Şimali Koreya ilə Barışıq və Əməkdaşlıq Şurasına şimalda baş vermiş tayfun və daşqınların ardınca yardım göstərməyə icazə verib.

Pis hava şəraiti yüz minlərlə şimali koreyalının həyatına təsir göstərib.

Ümumilikdə qrup Şimali Koreyaya yeddi yük maşını dolu ləvazimatlar göndərib.

Şimali və Cənubi Koreyalar texniki baxımdan müharibə aparan tərəflər hesab olunurlar. Belə ki, 1950-ci ildə başlanan müharibə rəsmi sülh müqaviləsi ilə deyil, atəşkəs razılığı ilə başa çatıb.