AZAD sədri ABŞ səfiri ilə görüşüb

Amerikalı-Azərbaycanlılar Demokratiya Uğrunda (AZAD) təşkilatının sədri Elmar Şaxtaxtinski ABŞ-da Amerikanın Azərbaycandakı hazırki səfiri Riçard Morninqstarla görüşüb. Elmar Şahtaxtinski Amerikanın Səsinə bildirib ki, görüş Dövlət Departamenti tərəfindən təşkil edilib.

Görüşdə əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunub. Bu, Elmar Şaxtaxtinskinin səfir Riçard Morninqstarla ikinci görüşüdür, belə ki, daha öncə onlar səfir Azərbaycana getməmişdən əvvəl görüşmüşdülər.

“Riçard Morninqstarla yenidən görüşmək böyük zövq idi. Biz Azərbaycandakı mövcud vəziyyətlə bağıl problemlərdən danışdıq. Ölkədəki demokratik inkişafla bağlı fikir mübadiləsi apardıq. Səfirin fikirlərini dinlədim. AZAD-ın mövqeyi həmişə Azərbaycanda demokartiya və insan haqlarına dəstək olub”. Bu fikirləri AZAD-ın sədri Şaxtaxtinski “Azeri Report”-a bildirib.