Terrorizmin qarşısının alınmasında əməkdaşlıq

Your browser doesn’t support HTML5

Bakıda “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq konfrans açılıb. Tədbir Azərbaycan hökuməti, İSESCO və BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən təşkil edilib. Konfransda 50 ölkədən nazirlər və digər rəsmi şəxslər səviyyəsində nümayəndələr, həmçinin NATO, ATƏT, GUAM, MDB daxil olmaqla, 25 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər. Prezident İlham Əliyev tədbirin açılışında iştirak edib. Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq terrorçu şəbəkənin və “müəyyən dairələr”in Azərbaycanda dini tolerantlıq atmosferini pozmaq cəhdlərindən danışıb.