N!DA-çıların müdafiəsi - ictimai müzakirə

Your browser doesn’t support HTML5

EL ictimai-siyasi hərəkatı digər siyasi partiyalar, hüquq müdafiə təşkilatları və ictimai birliklərlə birgə NİDA Vətəndaş Hərəkatının həbs edilmiş yeddi fəalının hüquqlarını müdafiə kampaniyasına başlayır. Xatırladaq ki, martın 7-də fəallar Bəxtiyar Quliyev, Şahin Novruzoğlu və Məmməd Əzizov həbs edilib. Onlar 10 mart əsgər ölümlərinə etiraz aksiyası ərəfəsində zorakı hərəkətlər hazırlamaqda ittiham olunurlar. İstintaqın iddiasına görə, fəalların mənzillərində partlayıcı maddələr və narkotik tapılıb. Lakin onların doğmaları bu maddələri hüquq-mühafizə orqanları əməkdaşlarının özləri ilə gətirdiklərini bəyan ediblər. Martın 14-də NİDA-nın daha bir fəalı – Rəşad Həsənov həbs edilib. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı həbs edilənləri “vicdan məhbusu” kimi tanıyıb. Martın 30-da NİDA-nın daha iki üzvü – Rəşadət Axundov və Üzeyir Məmmədli, aprelin 1-də isə Zaur Qurbanlı həbs edilib.