Yaşar Cəfərli fiziki zorakılığa məruz qalıb [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

“Ehtiyatda və İstefada olan Zabitlər” Birlyinin rəhbəri Yaşar Cəfərli aprelin 2-də fiziki zorakılığa məruz qalıb. QHT rəhbəri evinə qayıdarkən qəfildən 2 nəfərin hücumuna məruz qalıb. Bu şəxslər zərbələri daha çox Y.Cəfərlinin baş və üz nahiyəsinə endiriblər. Yaşar Cəfərli müqavimət göstərib və yaxınlıqdakı adamları köməyə çağırıb və bu anda hücum edənlər qaçmağa başlayıblar. Nəhayət, onlardan biri vətəndaşların köməyi ilə saxlanılıb. Y.Cəfəlrinin iştirakı ilə Yasamal rayon Polis İdarəsinin 29 saylı polis bölməsinə təhvil verilib. Bundan əlavə, Y.Cəfərli polis bölməsinə şikayət ərizəsilə müraciət edib.