Tomas Melia Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa çağırıb

Your browser doesn’t support HTML5

Amerikanın Azərbaycanla əməkdaşlığı üç əsas sütun üzərində dayanır: buna demokratiyanın inkişafı və demokratik islahatlar, təhlükəsizlik, enerji və kommersiya məsələləri daxildir. Bu tezislər ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın aprelin 18-də Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bi daha xatıladılıb. T.Melianın rəhbərlik etdiyi nümayəndə heyəti prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin təmsilçiləri, ictimai-siyasi qurumların, vətəndaş cəmiyyətinin rəhbərləri ilə müzakirələr aparıb. Mətbuat konfransında ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti və müxalifətlə dialoqa çağırıb.